PDF Oxu

Müxalifət

  • 5

Leyla Yunusun saxlanılmasından narahat olanlar var

Leyla Yunusun saxlanılmasından narahat olanlar var

"Leyla Yunusla Arif Yunusun istintaq getdiyi ərəfədə ölkəni tərk etməyə calışmaları təsadüfi hesab edilə bilməz"

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və Arif Yunusun saxlanılması ilə bağlı artıq bəzi siyasi partiyalar və xaricdən maliyyələşən QHT-ləri hay-küy qaldırıb bu məsələni özlərinə məxsus formaya yönəltməyə çalışırlar. Söhbət etdiyimiz müsahiblərimiz qaldırılan hay-küylərin əsassız olduğunu və bütün bunların şantaj xarakteri daşıdığını bildirdilər.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı:

- Kimin istintaqa cəlb edilməsindən asılı olmayaraq dağıdıcı müxalifətin səs-küy qaldırması artıq ənənə halını alıb. Özlərini beynəlxalq təşkilatların yanında yaxşı göstərmək üçün bu cür addımlar atırlar. Rauf Mirqədirovun vətənə xəyanət ittihamı ilə həbs edilməsindən çoxları narahatlıqlarını gizlədə bilmirdi. Leyla Yunusla Arif Yunusun istintaq getdiyi ərəfədə ölkəni tərk etməyə çalışmaları təsadüfi hesab edilə bilməz. Bu adamların fəaliyyətini istintaq araşdıracaq. İstintaqın sonunu gözləmək lazımdır. Əgər hüqüq-mühafizə orqanları onların saxlanması ilə bağlı qərar veriblərsə, deməli əllərində kifayət qədər dəlil var. Hay-küy salanlar heç olmasa bir defə də olsun fikirləşsinlər ki, Leyla və Arif Yunus kimdir. Bu adamların daim erməni milli maraqlarından çıxış etmələri isə heç kimə sirr deyil. L.Yunusun ifşa olunması çox müəmmalı məsələlərə aydınlıq gətirəcək.

"Yurddaş" partiyasının sədri Mais Səfərli:

- Hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı apardığı işə heç kəs qarışa bilməz. Çünki onlar öz işlərini çox gözəl bilirlər. Azərbaycan demokratik və hüquqi bir dövlətdir. Yəni kimliyindən asılı olmayaraq, hər bir kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs əsassız olaraq saxlanılmır. Leyla Yunus və Arif Yunusun saxlanılmaları ilə bağlı bəzi qüvvələrin bu məsələyə tənqidi yanaşmaları həmin qüvvələrin Azərbaycan qanunlarına və Konstitusiyasına hörmət etməmələridir.

GÜLYANƏ

Digər xəbərlər