PDF Oxu

Müxalifət

  • 32

Gənc Alimlər Klubunun üzvləri kimlər olub?

Gənc Alimlər Klubunun üzvləri kimlər olub?

Və ya İsa Qəmbərin namizədlik dissertasiyası hansı məqsədə xidmət edirdi?

"Elmi müharibə"yə hazırlıq

SSRİ-nin mövcuduluğunun özəyi olan sütunların, dayaqların silkələndiyi, rusun "Domokl qılıncı"nın arxasının da, qabağının da kəsdiyi bir vaxtda Azərbaycanla bağlı daha amansız və iyrənc ideoloji metodlara əl atılırdı. Daha çox "sapı özümüzdən olan baltalar" vasitəsilə milli maraqlarımız, milli şüur və milli ləyaqət hissimiz tapdalanır, baş qaldırmağa çalışan azərbaycançılıq ideologiyasının kürəyinə məhz özümüzünkülər tərəfindən hər saniyə bir bıçaq saplanırdı. Elə ötən əsrin 80-ci illərində Gənc Alimlər Klubunun (GAK) yaradılması da məhz daxili düşmənlər hesabına Azərbaycanda yenicə baş qaldıran milli ruha zərbə vurmağa hesablanmışdı. Amma rusun özünün amansız repressiya maşınlarından əlavə, milli satqınlar da lazım idi. Azərbaycanlı gənc alimlər müxtəlif yollarla ələ alınır, onlara vaxtından əvvəl ev verilir, maddi maraqları təmin olunur və sairə, əvəzində isə bir şey istənilir: "Gənc Alimlər Klubuna üzv olmaq və əmr olunan mövzunu dissertasiya işinə çevirərək müdafiə edib alim adını almaq".

GAK-ın yaradılması

Çox adam bu təşkilatın heç adını eşitməyib. Gənc Alimlər Klubu SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) yaradılmış, elmi pərdəyə bürünərək, əslində isə, bütünlüklə ideoloji terror aktını həyata keçirən bir qurum idi. Azərbaycandan bu quruma ilk daxil olanlar 90-cı illərin əvvəllərində ölkəmizi vətəndaş müharibəsinə sürükləyən şəxslər idi. Kim idi onlar? Onlardan bir neçəsinin, daha məşhurlarının adlarını çəkək: İsa Qəmbər, Pənah Hüseyn, Zərdüşt Əlizadə.

İsa Qəmbərin dissertasiya mövzusunun mahiyyəti

İ.Qəmbərin namizədlik dissertasiyasının adı "1978-79-cu ildə İran inqilabı" adlanırdı. Bu, təsadüfi deyildi. O vaxt ölkəmizdə baş qaldıran azadlıq ideyalarından istifadə etməyə çalışan, daha doğrusu, "Azərbaycan Rusiyanın tərkibindən çıxacağı təqdirdə bu və ya digər formada İranın təsiri altında olsun" deyə qonşu fars dövləti sözün əsil mənasında Azərbaycanda böyük agent şəbəkəsi qurmuşdu. Bu şəbəkə daha çox elmi sahəni əhatə edirdi. Çünki İranın Azərbaycanda iqtisadi rıçaqlara sahiblənməyi çətin idi. Digər tərəfdən isə, ən çətin anlarda ölkənin taleyinin ziyalılar, alimlər tərəfindən həll olunacağını təxmin edən İran "rus kampaniyası"na qarşı öz adekvat addımlarını atırdı.

İ.Qəmbərin dissertasiyası dərhal kitab halına salınmalı, İran əleyhinə ciddi kampaniya təşkil olunmalı və bu kitab ilə İran alimlərinin SSRİ əleyhinə yazdığı kitablara cavab verilməli idi. Sözsüz ki, "1978-79-cu ildə İran inqilabı" dissertasiyasında İ.Qəmbərə məxsus heç bir ciddi fikir yox idi, bütün fikirlər kopyalanmışdı. Daha doğrusu, tezis halında gələn materiallar, İran inqilabı ilə bağlı məxfi məlumatlar dissertasiyaya salınmışdı. Bir sözlə, bu alim adı almaq üçün yazılan mövzuya yox, SSRİ-nin İrana verdiyi notanın mətninə oxşayırdı. Heç şübhəsiz ki, bu addım təsirsiz ötüşdü, nə İran, nə də SSRİ arasında bu dissertasiya heç bir rol oynamadı. Amma ortada başqa məqamlar qaldı. Məsələn, İ.Qəmbər rusun (DTK-nın) quluna çevrilərək bu dissertasiyanı yazdı, əvəzində Elmlər Akademiyasında yüksək vəzifəyə gedəcəyi vəd olundu, məqalələrinin çapı üçün geniş şərait yaradıldı, bütün maddi ehtiyacları təmin edildi. Ən əsası, bu dissertasiya həm də Azərbyacanda kükrəməkdə olan azadlıq hərəkatının əleyhinə yönəlmiş bir addım idi, dissertasiyada bütün milli maraqlar lazımsız predmet kimi tənqid olunur, yalnız "ittifaq" şəklində birləşməyin zərurəti aşılanırdı. Bu gün İ.Qəmbərin özünü azadlıq hərəkatının öncüllərindən adlandırması təəccüb doğurmurmu?

1979-cu ildə tarix fakultəsini bitirən P.Hüseyn üç il idi ki, Sabirabad rayonunda müəllim işləyirdi. Bəs onu 1986-cı ilə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi vəzifəsinə gətirən kim və hansı ideya idi? Ömrü boyu ateist olan P.Hüseyni "İslam sosializmi" adlı dissertasiyasını yazmağa nə məcbur etdi?

Bu haqda növbəti yazıda...

Samir Feyruzov

Digər xəbərlər