PDF Oxu

Müxalifət

  • 29

Leyla Yunus və Xədicə İsmayıl cütlüyü kiberterrorçudur?

Leyla Yunus və Xədicə İsmayıl cütlüyü kiberterrorçudur?

Bəzi faktlar və artan ehtimallar məhz belə qənaətə gəlməyə zəmin yaradır

Bir müddət öncə, Fransa prezidenti Fransua Ollandla görüşdən çıxdıqdan sonra, növbəti dəfə media təmsilçilərini hədəfə alan Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və onun sözçüsü qismində çıxış edən "Azadlıq Radiosu"nun təmsilçisi Xədicə İsmayıl ətrafında növbəti ilginc kompromatlar üzə çıxmaqdadır. Daha dəqiq desək, reallığa doğru istiqamət alan mümkün ehtimallar özünü doğruldur. Belə ki, hər iki qalmaqallı fərdin mətbuatın da fəaliyyətinə əngəl yaratmaq cəhdləri ifşa olunmaq ərəfəsindədir. Daha dəqiq desək, sözügedən ehtimalın doğruluğunu telejurnalist Mirşahin Ağayevin hər iki adıçəkilən şəxs haqqında irəli sürdüyü fikirlərindən sonra əminliklə demək mümkündür. Xatırladaq ki, Leyla Yunus hələ ölkəni tərk etmək istəyərkən, ondan mövqe öyrənməyə çalışan bir qrup jurnalisti təhqir etmişdi. O cümlədən, ANS telekanalına qarşı ittihamlar irəli sürmüşdü.

Mirşahin Ağayev: "Xədicə İsmayılı jurnalistdən çox, ilk uğursuz porno fəaliyyət göstərən bir insan kimi tanıdım"

Məhz onda Mirşahin Ağayev "Səs" İnformasiya Agentliyinə açıqlamasında SDİ rəhbərini sərt tənqid etmişdi. Bildirmişdi ki, "Leyla Yunusdan çöməlib oturduğu divarın dibindən qalxmaq tələb olunur". Məsələni daha səhih işıqlandırmaq üçün onu da xatırladaq ki, SDİ rəhbəri hətta bəzi media təmsilçilərinin də güllələnmə cəzasına layiq olduqlarını bildirmişdi.

Nəticədə ANS yetkilisi açıqlamasında vurğulamışdı ki, yalnız bir halda jurnalistlər onun gülləsindən ölməkdən xəcalət çəkməzlər: "Əgər Leyla Yunus jurnalistləri divara söykəyib güllələmək istəyirsə, bunun üçün ondan çöməlib oturduğu divarın dibindən qalxmaq tələb olunur. Əgər o, bunu bacarsa, jurnalistlər onun gülləsindən ölməkdən xəcalət çəkməzlər".

Məhz bundan sonra Leyla Yunus mediaya qarşı daha da aqressivləşmişdi. Ancaq bu da son deyil. Beləliklə, Ollandla görüşdən sonra, Yunusun Xədicə İsmayılla əl-ələ verərək hücuma keçməsi Mirşahinin növbəti sərt ittihamı ilə yadda qaldı. Mirşahin Ağayev jurnalist Xədicə İsmayıl və hüquq-müdafiəçisi Leyla Yunusun onlardan müsahibə almağa çalışan "ANS" müxbirinin ünvanına səsləndirdiyi ifadələrə informasiya agentliklərindən biri vastəsilə kəskin münasibət bildirib: "Mən Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımıram. Xədicə İsmayılı jurnalistdən çox, çılpaq bir həqiqət kimi tanımışam. Daha doğrusu, onu jurnalistdən çox, ilk uğursuz porno fəaliyyət göstərən bir insan kimi tanıdım. Bir kişi kimi, o səhnə mənə heç xoş gəlmədi. Eyni zamanda etiraf edim ki, bu, o qədər də xoşa gələn bir mənzərə deyildi. Şəxsən, mən belə həqiqətə ikrahla yanaşıram. Ayıblığa gəlincə, Xədicənin diskinə baxmaq daha çox ayıbdır, nəinki "ANS"də işləməyə. Təbii ki, Xədicənin məntiqilə düşünsək...Leyla Yunusa gəlincə isə, ola bilər o, nə vaxtsa prezident kürsüsü barədə oturacağı barədə illüziyalar qurardı, lakin sonda oturduğu unitaz oldu. Lakin bu da tam aşkarlıq şəraitində baş verdi. Görünür, Leyla Yunusun adı demokratiyada elə bundan ibarətdir".

Kibercinayətkarlıq ittihamı onların başları üzərində dayanıb

Məhz Mirşahin Ağayevin Xədicə İsmayıl və Leyla Yunus barədə saytlardan birinə verdiyi müsahibəsi işıqlandırıldıqdan qısa müddət sonra həmin elektron kütləvi informasiya vasitəsində texniki problem yaranıb. Belə ki, sayt naməlum səbəblərdən açılmır. Maraqlıdır, görəsən, bu "texniki nasazlığın" Leyla Yunus-Xədicə İsmayıl cütlüyü ilə hansı əlaqəsi var? Nəzərinizə çatdıraq ki, həmin mətbu orqanın məhz Leyla Yunus və Xədicə İsmayılın əleyhinə müsahibəni dərc etməsindən sonra bu saytın fəaliyyətində problemlərin yaranması bir sıra sualların ortaya çıxmasına, ortada qaranlıq məqamların olması ilə bağlı şübhələrin yaranmasına səbəb olub. Sirr deyil ki, ölkəmizdə gizli fəaliyyət göstərən bəzi hakerlər 100 manat müqabilində istənilən saytı, portalı dağıda, onun fəaliyyətində problemlər yarada bilirlər. Onlar isə təbii ki, Ollandla görüşdən sonra 100 manat deyil, daha artıq para qazanıblar. Yəni artıq bu fərdlərin dövlət əleyhinə işləmələri ilə yanaşı, onların mətbuata qarşı da kiberterrorçuluqla məşğul olmaları təsdiqini tapır. Belə olan halda Vətənə və dövlətə xəyanət ittihamları ilə yanaşı, həm Leyla Yunus, həm də Xədicə İsmayıl kibercinayətkarlıq fəaliyyətlərinə görə də qanun qarşısına çıxarılmalıdırlar.

Rövşən RƏSULOV

Digər xəbərlər