PDF Oxu

Müxalifət

  • 23

"Xalq diplomatiyası" və ya casusluq

"Xalq diplomatiyası" və ya casusluq

Leyla Yunus erməni təəssübkeşliyini sübut edir

Hər bir dövlətin milli təhlükəsizliyi ən aktual problemlərdən biridir. Ölkənin təhlükəsizliyinə və həyati əhəmiyyətli sahələrinə təhdidlər ilk növbədə rəqib və ya düşmən ölkələr tərəfindən yaranır. Müasir dünyada rəqib ölkələr kəşfiyyat məqsədilə müxtəlif vasitələrdən və texnologiyalardan istifadə edirlər. Belə üsullardan biri də, əks tərəfin vətəndaşlarının müxtəlif üsullarla ələ alınaraq öz xeyrinə istifadə edilməsidir.

Məlum olduğu kimi artıq uzun müddətdir ki, ölkəmiz Ermənistanla müharibə vəziyyətindədir. Bu baxımdan düşmən ölkənin kəşfiyyat orqanlarının Azərbaycan vətəndaşlarını öz xeyrinə casusluq məqsədi ilə istifadə etmək cəhdləri gözləniləndir. Lakin ölkənin təhlükəsizlik orqanları da öz professionallığından istifadə edərək bu cür halların qarşısını almaq istiqamətində ciddi işlər aparırlar. Bunu, bu günlərdə jurnalist Rauf Mirqədirovun həbsi ilə əlaqədar olaraq yaranmış vəziyyət bir daha sübut etdi.

R.Mirqədirovun həbsi, əslində, ölkədə Ermənistan xususi xidmət orqanlarının xeyrinə fəaliyyət göstərən kəşfiyyət şəbəkəsinin mövcudluğunu ortaya qoymuş oldu. Təsadüfi deyil ki, R.Mirqədirovun işindəki "izlər" QHT sektorundakı şəxslərə aparıb çıxarır. R.Mirqədirovun həbsindən dərhal sonra mətbuata açıqlama verən Leyla Yunus bildirdi ki, "əslində, onların məqsədi məni həbs etməkdir".

Bu cür bəyanatlar verməklə L.Yunus "önləyici" tədbirlər həyata keçirməyə başlamışdır. Tezliklə, bunun heç bir əhəmiyyəti olmayacağını anlayan L.Yunus ölkəni tərk etməyə cəhd göstərdi. Lakin hava limanında saxlanaraq geri qaytarılan L.Yunus "ən yaxşı mühafizə hücumdur" prinsipinə əməl etməyə başladı. Onun peşə borcunu yerinə yetirən hüquq-müdafiə orqanlarının əməkdaşlarına qarşı hərəkətləri cəmiyyətin gözləri qarşısında baş verdi. İfşa olunma ehtimalının yüksək olduğunu bilən bəzi şəxslər isə ölkəni tərk etməyə nail oldular. Buna misal olaraq, L.Yunusun köməkçisi olmuş Mətanət Əzizovanın ölkəni gizlin şəraitdə tərk etməsini göstərmək olar. Əlbəttə, bu hadisə ictimaiyyət üçün məlum olan faktlardan biridir. Ermənistana səfər edən çoxsaylı QHT və jurnalistlər də var.

Buna misal olaraq, vaxtilə Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Surxan Lətifovu da misal göstərmək olar. Lakin o, digərlərindən fərqli olaraq, daha "ustalıqla" hərəkət etmişdir. Belə ki, o, 2011-ci ildə Ermənistana tək səfər etmiş və özü ilə hər hansı bir şahid aparmamışdır. Hal-hazırda Avropada yaşayan S.Lətifovun indi də, erməni diasporası ilə birgə fəaliyyət göstərməsinə dair müəyyən məlumatlar var.

Avropa Hərəkatının indiki rəhbəri Ramin Hacılı da ötən il Ermənistanda səfərdə olmuşdur. R.Hacılı daha açıq formada Yerevanda erməni qızları ilə rəqs etməsini çəkinmədən sosial şəbəkələrdə paylaşmışdır. Göründüyü kimi, "Xalq diplomatiyası" adı altında casusluq şəbəkəsi formalaşdırılır. Əslində isə "Xalq diplomatiyası" tərəflər arasındı rəsmi formada sülh müqaviləsi imzalandıqdan sonra həyata keçirilməlidir. Bu məsələdə Vətəndaş Cəmiyyəti İnstitutları nümayəndələrinin diqqətli olması daha vacibdir.

Mahir

Digər xəbərlər