PDF Oxu

Müxalifət

  • 24

Ermənistan qorxu və vahimə içindədir

Ermənistan qorxu və vahimə içindədir

Elman Nəsirli: "Azərbayacan ordusu qısa müddətdə işğal altında olan torpaqlarımızı azad edə bilər"

Son günlər Ermənistanın siyasi həyatında narahatçılıq və təşviş hökm sürür. Buna səbəb Azərbaycanın gündən-günə daha da güclənməsidir. Ermənistanın xarici işləri naziri Azərbaycanın sürətlə silahlanmasından narahatlıq keçirdiklərini bəyan edib. Bu təşviş və qorxu Ermənistanın uğursuzluq zolağında olduğunu göstərir.

Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanın güclənməsindən işğalçı ölkə olan Ermənistan təşvişə düşür: "Demək olar ki, bu gün Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Bunun da əsas səbəbi hakim rejimin korrupsiya içərsində olması və orada yaşamaq üçün heç bir şəraitin olmaması ilə bağlıdır. Bu gün ermənilər düşünür ki, əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arsında müharibə başlasa, bu müharibədə Ermənistanın məğlubiyyəti labüddür. Yəni Ermənistan məğlubiyyyyət girdabından yaxa qurtarmayacaq. Belə olan halda müharibə erməniləri fəlakətə sürükləyəcəkdir. Bunu Ermənistan çox yaxşı bilir. Bir sözlə, Ermənistanın heç bir gücü yoxdur ki, güclənməkdə olan Azərbaycan ordusunun qarşısına çıxsın".

"Edvard Nalbandyan Azərbaycanın işğal altında olan 7 rayonunun azad olunmasını həmsədrlərin 5 bəyənatı çərçivəsində müzakirə edildiyini bəyan edib. Həmsədrlərin 5 bəyənatı deyəndə nələr nəzərdə tutur" sualını cavablandıran E.Nəsirli bildirdi ki, ATƏT-in həmsədr ölkələrinin dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif sammitlərdə münaqişəsilə bağlı bəyanatlar səsləndiriblər: "Münaqişənin güc tətbiq etmədən ərazi bütövlüyü və millətlərin öz müqədəratını təyinetmə prinsiplərinin həlli ilə bağlı müxtəlif bəyanatlar və fikirlər səslənib. Xüsusilə də son günlər ABŞ-ın həmsədri C.Uorlikin Vaşinqtonda Dağlıq Qarabağ ətrafında 7 rayonun işğaldan azad olunaraq Azərbaycana qaytarılması ilə bağlı səsləndirdiyi fikirlər diqqətçəkən fikirlərdəndir. Belə olan təqdirdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmin məlum faktları sadalayıb. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu istiqamətdə bir addım belə pozitiv gedişlər etməyib. Bir sözlə, işğalçı ölkə ciddi cəhdlə çalışır ki, status-kvo vəziyyətini qoruyub saxlasın. Bunu necə etmək sualı ortaya çıxanda isə onlar qondarma "Dağlıq Qarabağ Respublikası"nı danışıqlarda tərəf kimi təqdim etmək istəyirlər. Bilirlər ki, Azərbaycan bunu heç zaman qəbul etməyəcək. Bununla da danışıqlar prosesini pozmaq istəyirlər. Bir sözlə, onların əsil fəaliyyətinin mahiyyəti bundan ibarətdir".

GÜLYANƏ

Digər xəbərlər