PDF Oxu

Müxalifət

  • 22

“NİDA”-çının atası: “Mənim oğlum nə vaxta kimi həbsdə qalmalı idi?” AÇIQLAMA

“NİDA”-çının atası: “Mənim oğlum nə vaxta kimi həbsdə qalmalı idi?” AÇIQLAMA

Ölkə başçısına əfv müraciəti edən "NİDA"-çı gənc Şahin Novruzlunun atası onun oğluna guya təzyiq edildiyi haqqında yayılan informasiyaları təkzib edib. SİA-ya daxil olan məlumata görə, gəncin atası İbrahim Novruzlu bu barədə açıqlamasında deyib ki, nə onun, nə də digərlərinin Şahinə heç bir təzyiqi olmayıb. Ata bilidirib ki, o, oğlunun əfv yazacağını gözləyirdi.

"Xəbərim var idi ki, belə bir şey olacaq"-deyə qeyd edən İbrahim Novruzlu onu da bildirib ki, artıq övladının evə qayıtmasını istəyir: "Mənim oğlum nə vaxta kimi həbsdə qalmalı idi? O da evə qayıtmalıdır. Mən ona əfv barədə heç nə deməmişəm. Yəni, əfv yazması üçün heç bir basqım olmayıb. Amma onu heç kəs qınaya bilməz. Həbsdə yatan mənim oğlumdur".

Xatırladaq ki, Şahin Novruzlu əfv müraciətində səhv yolda olduğunu anlayıb və bundan sonra yalnız dövlətçiliyin inkişafı üçün layiqli vətəndaş mövqeyi sərgiləyəcəyini bildirib.

sia.az

Digər xəbərlər