"Məsələ ilə bağlı çox ciddi araşdırmalar aparılmalıdır"
"Bu hal birinci dəfə baş vermir. Məsələn, Corc Sorosun Azərbaycandakı nümayəndəliyi tərəfindən də ayrılmış bir çox böyük məbləğdə qrant layihələri gzli şəkildə saxlanılırdı və elan olunmurdu". Bu fikirləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redkatoru Elçin Mirzəbəyli ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsinə münasibət bildirərkən deyib. Baş redaktorun fikirncə, bu faktor onların məqsədlərinin heç də şəffaf olmadığından xəbər verir: "Belə ki, Azərbaycanın dövlətçilik maraqlarından çıxış edən və hadisələrə obyektiv yanaşan mətbuat orqanları bu layihələrdən kənarda qalıblar. Lakin xarici qurumların mövqe və maraqlarını müdafiə edən mətbuat orqanları bu qrantlardan yararlanırlar".Elçin Mirzəbəyli ölkənin müvafiq qurumlarının bu istiqamətdə araşdırmalar aparmalı oldacağını da istisna etməyib. O, bununla bağlı qeyd edib ki, istənilən qrant layihələri Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir: "Məsələ həm də burasındadır ki, bu qrantlar Azərbaycan təşkilatlarına ayrılırsa, təbii ki, bu ölkə qanunvericiliyi ilə tənzimlənir. Ancaq Azərbaycanın müvafiq qurumları da bu məsələ ilə bağlı ciddi araşşdırma apara bilərlər və sual edilə bilər ki, USAID tərəfindən ayrılan qarantlar nə üçün, hansı məqsədlərlə gizlin saxlanılır, layihələrin məqsəd və məramları niyə elan olunmur? Düşünürəm ki, bu məsələ ilə bağlı çox ciddi araşdırma aparılmalıdır".
sia.az