PDF Oxu

Müxalifət

  • 58

USAID-dən Xədicə İsmayılovaya 2,4 milyon dollar

USAID-dən Xədicə İsmayılovaya 2,4 milyon dollar

"Beşinci kolonu" toplayaraq yeni media qurumunda təbliğ etmək üçün

Bəlli olduğu kimi, USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün ayırdığı 2,4 milyon dollarlıq qrant müsabiqəsində hansı təşkilatın qalib gəldiyi məlum deyil. ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər ki, bu günə kimi hələ qaliblər bəlli olmayıb. USAID-in adının açıqlanmasını istəməyən əməkdaşı isə deyib ki, qaliblərin adı yaxın zamanda ictimaiyyətə təqdim ediləcək. Ehtimallara görə, qrant layihəsinin elanının və nəticələrinin gizli saxlanması qaliblərin bəri başdan bəlli olmasıdır. Odur ki, adlar geniş rezonans doğuracağı üçün ara səngiyəndən sonra açıqlanacaq. Lakin bu istiqamətdə çox vacib faktlar da üzə çıxmağa başlayıb. Məsələn, son iki gündə mətbuatda belə informasiyalar yayılıb ki, qrant müsabiqəsinin qalibləri arasında "Azadlıq Radiosu"nun əməkdaşı Xədicə İsmayılova da var. 2,4 milyon dollar həcmində qrantın mühüm və ən böyük hissəsi də məhz Xədicə İsmayılovaya ayrılacaq. Yəni USAID rəhbərliyi "Azadlıq" radiosunda X.İsmayılovanın hakimiyyətə qarşı radikal baxışlarını ürəyi istədiyi kimi ifadə edə bilmədiyini görərək, ona yeni media qurumu yaratmaq üçün qrant ayırıb. Elə buna görə də ABŞ səfirliyi həm onu "Azadlıq" radiosundan uzaqlaşdırmaq, həm də yaradacığı "yerli" və "müstəqil" medianın başına gətirmək istəyir. Başqa bir məlumata görə isə, X.İsmayılova həmin müsabiqədə ekspert kimi iştirak edib və 2,4 milyonluq qrantı əvvəllər ekspert olduğu müsabiqələrdəki kimi, öz çevrəsinə yönəltməyə səy göstərib.

Xədicə İsmayılovanın müəmmalı "vicdanı"

Daha bir vacib fakt isə Xədicə İsmayılovanın sözügedən məsələni inkar etməməsi və dolayısı ilə həmin iddianı etiraf etməsidir. Belə ki, jurnalistlərin bu "müsabiqə"də iştirakı və qazancı ilə bağlı informasiyaları dəqiqləşdirmək üçün X.İsmayılovaya müraciət edildikdə o, sualı dinləmədən media mənsubunu ittiham edib: "Mənim kimi vicdanlı adama zəng etməklə məni narahat edirsiniz".

Göründüyü kimi, X.İsmayılova hər zaman məhz bu kimi yayındırıcı cavabları ilə bir daha sübut edir ki, onun daim xarici qrant təşkilatları ilə əlaqəsi var və bu əlaqə nəticəsində əsas məqsəd ölkədə "beşinci kolon"u hərəkətə keçirməkdən ibarətdir.

Xatırladaq ki, ABŞ-ın fantastik həcmdə qrant vəd etməsi Azərbaycan mediasında müzakirələrə səbəb olub. 2,4 milyon ABŞ dolları məbləğində nəzərdə tutulan qrant müsabiqəsi üçün isə cəmi 1 həftə vaxt verilib. Layihələrin hazırlanması üçün cəmi bir həftə (iyunun 30-dan iyulun 7-dək) müəyyən edilib və onun da elanı kütləvi şəkildə yayılmayıb. Qrantın tapılması uzun çəkən elanında qeyd edilir ki, bütün təşkilatlar bu məbləğ üçün ərizə ilə müraciət edə bilərlər. Amma heç bir QHT və media qurumu bu barədə məlumatlandırılmayıb, hətta mümkün ərizəçilər üçün məlumatlandırma sessiyası da keçirilməyib.

Onun "vicdanında" ABŞ-ın məxfi orqanları ilə dövlətçilik maraqlarını satması faktı da var

Xədicə İsmayılovanın "vicdanına" qaldıqda isə xalq, normal düşüncəli ictimai rəy onun nə qədər "vicdana" malik olduğunu da yaxşı xatırlayır. Belə ki, Xədicə İsmayılovanın ABŞ-ın məxfi orqanları ilə gizli əməkdaşlığı, onun bu və ya digər vasitələrlə ölkənin milli dövlətçilik maraqlarını xairici dairələrə satması "vicdanının" nə dərəcə "təmiz" olduğunu da təsdiq edir. Beləliklə, bir daha məlum olur ki, USAID bu vasitə ilə Azərbaycanda Xədicə İsmayılova vasitəsi ilə "demokratik mühit" yaradacağını sanır. Ancaq bu kimi iddiaların yerinə yetə bilməyəcəyi əvvəllər də özünü kifayət qədər sübuta yetirib.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər