PDF Oxu

Müxalifət

  • 46

Müsavat-AXCP ziddiyyətləri

Müsavat-AXCP ziddiyyətləri

Və ya rüsvayçı tarixə söykənən acı həqiqətlər

Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bu faktorun bir ənənə şəklini alması iddiaları da özünü kifayət qədər doğruldub. Bu, bir daha sübut edir ki, onlarda ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə həmin partiyalar arasında davamlı gərginlik yaşanır. Beləliklə, aydın olur ki, AXCP və Müsavat partiyaları arasında qarşıdurmalar əbədi olaraq davam edir. 1992-ci ildən başlayaraq AXCP-Müsavat arasında gözlə görünməsə də bəzi hallarda daha kəskin xarakter alan qarşıdurma mövcuddur. Xüsusilə, qeyd etmək lazımdır ki, ənənəvi qarşıdurmalar hələ "Yurd" qrupunun daxilindən qaynaqlanaraq hazırkı həddə qədər inkişaf edib. Bəlli olduğu kimi, hələ 90-cı illərin ortalarında parçalanmamış AXC-nin tərkibində yaradılan "Yurd"-a rəhbərliyi Əli Kərimli edib. "Yurd" un əsas məqsədi Əbülfəz Elçibəyin siyasi arenadan kənarlaşdırılması, eləcə də Əli Kərimlinin cəbhənin sükanı arxasına keçməsi ilə bağlı olub ki, bu istiqamətdə davamlı işlər aparılıb. Hətta mərhum Elçibəyin haqqında partiyaya məxsus "Azadıq" qəzetində çirkin yazılar yazdıran Kərimli lideri barədə deyilməyəcək dərəcədə təhqirlər səsləndirirdi. Belə olan halda, partiyanın parçalanması da labüd hala söykənirdi. Bu gün AXCP-nin bir neçə qanada - KXCP-yə, BAXCP-yə, DİP-ə, BQP-yə ayrılması arxasında da məhz Əli Kərimli amilinin dayanması şübhəsizdir. Bu gün əbədi və əzəli "mehriban düşməni" olan Müsavat partiyası ilə də münasibətlərinin son həddə pisləşməsi, qarşıdakı seçkilər ərəfəsində köhnə məsələlərin qabardılması bir daha bütün kartları açıq edir.

AXCP sədrinin xəyanətləri xatırlanır: AXCP düşərgə daxilində sərt ittihamlarla üz-üzə qalıb

Əslində bu, gözləniləndir. Hələ sonuncu prezident seçkiləri ərəfəsində, müxalifət düşərgəsindəki pafos və eyforiyanın pik həddə olduğu dövrlərdə ekspertlər seçkilərdən dərhal sonra hər şeyin tərsinə olacağını, "Milli Şura"nın dağılacağını proqnozlaşdırırdılar. Doğurdan da bu düşüncədə olanların proqnozları özünü tam olaraq doğrultdu. Sseçkilərdən bir neçə ay keçdikdən sonra ən yaxın müttəfiq sayılan, "Milli Şura"nın "aparıcı qüvvələri" hesab edilən AXCP və Müsavat funksionerləri bir-birinə hətta qurşaqdan aşağı zərbələr də vurmağa başlayıblar.

Fuad Qəhrəmanlı: "Müsavat kimi özümüzü gündəmdə saxlamağa ehtiyacımız yoxdur"

Onu da qeyd edək ki, bu qarşıdurmanı daha da pik nöqtəyə çıxmasına səbəb Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılmış "Milli-Strateji Düşüncə Mərkəzi" olub ki, bu da müxalifət düşərgəsində birmənalı qarşılanmır. Son zamanlar Müsavat partiyası ilə AXCP arasında yaşanan hadisələr ikinci tərəfin adıçəkilən quruma soyuq münasibət göstərdiyini sübut edir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məsələyə münasibətində də etiraf edib ki, onun təmsil olunduğu təşıkilat ümumiyyətlə, Müsavat partiyası ilə birgə əməkdaşlıq etməkdə maraqsızdır: "Bunlar AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət ayırmağa nə vaxtımız var, nə də həvəsimiz. "İctimai Palata" da AXCP üçün əhəmiyyət daşımırdı. Çünki "Milli Şura" yaranarkən "İP"-in fəaliyyətinə faktiki olaraq son qoyulmuşdu".

Göründüyü kimi, son hadisələr onu deməyə əsas verir ki, AXCP ilə Müsavat arasında dərin uçurum yaranıb. Müxalifət daxilində də "mehriban düşmənlər"in artıq iç üzünün açıldığını deyənlərin sayı gündən-günə artır.

Ü.ƏSGƏROV

Digər xəbərlər