PDF Oxu

Müxalifət

  • 45

Hafiz Hacıyev: “Əli də, İsa da küçə uşağlarıdır" MÜNASİBƏT

Hafiz Hacıyev: “Əli də, İsa da küçə uşağlarıdır" MÜNASİBƏT

"Bunlar başqa cür necə olmalıdırlar ki?!"

"Düşünürəm ki, bunların ayrı-ayrılıqda fəaliyyət göstərən müdafiə komitələrinin işləri heç bir səmərə verməyəcək. Çünki ortada həbs olunanlarla bağlı konkret cinayət işi var və cinayətkar da mütləq cəzalandırılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müxalifət tərəfindən yaradılmış müdafiə komitələrinin bir-birlırinə qarşı sərt ittihamlar irəli sürmələrinə münasibət bildirərkən deyib.

"Qaldı ki, həmin komitələrin bir-birlərini təhqir etmələrinə, ittihamlar irəli sürmələrinə bunlar hər zaman belə olublar", - deyə qeyd edən MMP sədri onu da bildirib ki, onlar heç vaxt dəyişilməyəcəklər: "Yəni əqidələri belədir, xəmirləri belə yoğrulub. Bir tərəfdə yaradılan müdafiə komitəsinə Mirahmud Mirəlioğlu rəhbərlik edir, o biri tərəfdə yaradılan müdafiə komitəsinə Cəmil Həsənli başçılıq edir. Bunlar qrant almaqdan ötrü barışmaz, amansız yarışa giriblər. Guya Azərbaycanda insan hüquqlarını qoruyurlar. Amma bu məsələnin kökü başqa yerə gedib çıxır. Məsələn, Əli Kərimliyə başqa kanaldan təlimat veriblər ki, get bu işlə məşğul ol, qrantları da sən götür".

Arif Yunusun ABŞ-da yaşayan qardaşı Ramis Yunusun Cəmil Həsənlinin müdafiə komitəsinə etimad göstərdiyinin səbəblərini izah edən Hafiz Hacıyev bildirib ki, əslində, Ramis Yunus da Amerikadakı erməni qurumlarından aldığı təlimatlara uyğun olaraq hərəkət edir: "Arif Yunusun Amerikada yaşayan qardaşı Ramis Yunus da ismarıc yollayıb ki, bəs Cəmil Həsənlinin yaratdığı müdafiə komitəsinə guya etimad göstərir. Təbii ki, o da Amerikadakı erməni təşkilatları ilə əlbirdir. Əbəs yerə deyil ki, artıq neçənci dəfədir, istər Ermənistandan, istərsə də xarici ölkələrdəki erməni lobbisindən Leyla Yunusa dəstək fikirləri səsləndirilir. Ancaq bütün bunlar boş şeylərdir və nəticəsi də olmayacaq. Nəticə budur ki, onlar faktiki olaraq bir-birlərini təhqir edir, qrant üstündə qırğına çıxırlar.

Məsələyə başqa yöndən yanaşdıqda isə bildiyimiz kimi, qarşıdan 2015-ci il parlament seçkiləri gəlir və onların məqsədləri seçki ilinə qədər xarici təşkilatlar qarşısında özlərinə xal qazanmaq istəyidir. Yaradlan hüquq müdafiə komitələri də elə bunun üçündür. Küçə uşağlarıdır da, bunlar başqa cür necə olmalıdırlar ki?! Əgər bunlar doğrudan da müdafiə komitələri yaradıblarsa, həbs olunanların azadlığa çıxacağını xəyal edirlərsə, onda Sərdar getsin öz qardaşını həbsdən çıxarsın, Əli də cinayətkar qaynını türmədən azad etsin".

sia.az

Digər xəbərlər