PDF Oxu

Müxalifət

  • 42

ADP sədrindən Milli Şuraya daha bir İTTİHAM

ADP sədrindən Milli Şuraya daha bir İTTİHAM

Sərdar Cəlaloğlu: "İşıq görəndə ondan qorxanlar qaçıb-girilər qaranlıq deşiyə"

"Hər həftə Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəninin müxtəlif problemlərlə bağlı fikirləri dərc olunur. Getsin bir baxsın və görüsün ki, Milli Şura, ya da Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bizim qədər prinsipial mövqe nümayiş etdirir ya yox?!". Sözügedən fikirləri SİA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu onu hakimiyyətə işləməkdə ittiham edən Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamala cavab olaraq bildirib.

ADP sədri bütövlükdə Milli Şuranı və AXCP-ni sərt tonda ittiham edərək qeyd edib ki, qarşı tərəf heç vaxt bildiyi şeydən danışmayıb: "Bunların beyinlərində belə fikir formalaşıb ki, əşşi, bizdən başqa bu ölkədə prinsipial mövqe nümayiş etdirən yoxdur. Adam bir bildiyi şeydən danışar da! Getsin bir dəfə də bizim fikirlərimizi oxusun. Əgər ADP doğrudan da müxalifət partiyası deyilsə, onda mən razı. Axı fakt budur ki, ADP öz müxalifliyini hər zaman qoruyub-saxlayıb, hadisələrə obyektiv qiymət verib".

Sərdar Cəlaloğlu Milli Şura üzvlərinin işıqdan qorxduğunu və buna görə də qaranlıqda gizləndiklərini bildirib: "Bəyəm mən istəyirəm ki, kimlərsə mənim tənqidimi qəbul etsin, ya da etməsin? Öz işlərdir, eliyirlər-eləsinlər, eləmirlər də bundan sonrakı öz işləridir! İşıq görəndə ondan qorxanlar qaçıb-girilər qaranlıq deşiyə. İndi bunlar da belədirlər da".

Qeyd edək ki, ADP sədri dünən Milli Şuranı və AXCP sədri Əli Kərimlini kəskin ittiham atəşinə tutduqdan sonra Milli Şuranın funksioneri Vidadi Mirkamal Sərdar Cəlaloğlunun çıxışlarının müxalifətə qarşı yönəldiyini bildirib. Mirkamal deyib ki, özünü demokrat hesab edən ADP sədri Sərdar Cəlaloğlunun nədənsə iqtidara qarşı heç bir çıxışı gözə dəymir.

sia.az

Digər xəbərlər