PDF Oxu

Müxalifət

  • 36

BAXCP rəsmisi: “Müsavat Divanındakı dava yazılanlardan daha betər olub”

BAXCP rəsmisi: “Müsavat Divanındakı dava yazılanlardan daha betər olub”

"Əslində, müxalifətin radikal kəsiminə aid partiyalarda heç vaxt daxili demokratiya olmadığından, onlarda normal diskussiya, polemika bacarığı da formalaşmayıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Müsavat" daxilində baş verən son qarşıdurmaları şərh edərkən deyib."Bu səbəbdən də, qeyd edilən kateqoriyaya aid partiyalarda daxili müzakirələr zamanı yaranan mübahisələrin fiziki güc vasitəsi ilə çözülməsi onlar üçün adiləşib. Müsavat Partiyasının Divanında baş vermiş toqquşma haqqında xəbərlərə gəldikdə isə, belə bir qarşıdurmanın yarandığı və davaya çevrildiyi dəqiqdir. Bizim də özəl kannallarla əldə etdiyimiz məlumatlar təsdiqləyir ki, Müsavat Divanındakı dava hətta o barədə yazılanlardan daha betər olub" – deyə, E.Mirzəbəyli vurğulayıb.BAXCP rəsmisi qeyd edib ki, belə halların meydana gəlməsi həmin partiyalarda daxili demokratiyanın və siyasi mədəniyyətin olmaması, qarşılıqlı sayğısızlıq kimi məsələlərlə birbaşa əlaqəlidir.

sia.az

Digər xəbərlər