PDF Oxu

Müxalifət

  • 39

Səid Nuri Azərbaycana məqsədli şəkildə göndərilib

Səid Nuri Azərbaycana məqsədli şəkildə göndərilib

Elçin Mirzbəyli: "Səid Nuri on ildən çoxdur ki, ermənilərə xidmət edir"

Səid Nurinin pornogörüntüləri yayıldıqdan sonra müxalifətçilərin Azərbaycan dövlətçiliyinə düşmən olan qruplarla işbirliyində olduqları bir daha öz təsdiqini tapdı. S.Nuri ABŞ xüsusi xidmət orqanlarının casusu kimi qısa müddətə Azərbaycana öz missiyasını yerinə yetirməyə gəlmişdi. Şahidi olduq ki, adı QHT-nin cinayət işində şahid qismində keçən bu şəxs bir saat içində ABŞ tərəfindən ən yüksək səviyyədə müdafiə olundu. Hətta onun şahid qismində dindirilməsinin özü belə cinayət hesab edildi. Bundan başqa, S.Nurinin pornogörüntüləri yayımlandı. Bəs bütün bunlar- onun Qərb tərəfindən müdafiə olunması və seksual görüntülərinin yayımlanması nəyə xidmət edirdi?

Əvvəla qeyd edək ki, S.Nuri 2005-ci ildə ABŞ xüsusi xidmət orqanları, eləcə də Qərbdə fəaliyyət göstərən erməni lobbi təşkilatları tərəfindən yaradılan "Yeni fikir" gənclər hərəkatının sədr müavini olub. Həmin illərdə Azərbaycanda inqilab planlaşdırılırdı və bu qurum da inqilabın həyəta keçirlməsində katalizator rolunu oynamalı idi. Açıq şəkildə Qərbdən dəstək aldıqlarını etiraf edən "Yeni fikirçilər" hər nə yolla olursa-olsun Azərbaycanda inqilab edəcəklərini bəyan edirdilər. Amma Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı, gərgin əməyi sayəsində Qərbin layihəsi olan "Yeni fikir" ifşa olundu, bu təşkilatın ermənilərlə əlaqəsi faktlarla sübut edildi və aşkarlandı ki, "Yeni fikir" gənclər hərəkatı bütünlüklə Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən təxribatçı qurumdur. Bu gün də bu qurumun keçmiş üzvləri ABŞ-ın qucağında oturub, Qərbin müxtəlif dövlətlərində vətəndaşlıq statusu alıb ölkəmiz əleyhinə kompromatlar yayırlar. Yeri gələndə ölkəmizə göndərilib müxtəlif təxribatçı meyilərin iştirakçıları olurlar. Məhz S.Nurinin müdafiəsi bütün bunlara görə gözlənilən idi.

İkincisi, S.Nurinin porno-görüntüləri məhz onun özü və onu müdafiə edənlər tərəfindən məqsədli şəkildə yayılmışdı. Bu, ona hesablanmışdı ki, pornogörüntülərdən sonra Azərbayacan iqtidarı səbirsizlik nümayiş etdirərək, S.Nurinin cinayət işində aqressivlik göstərəcək. Nəticədə Qərb, eləcə də ABŞ Azərbaycan iqtidarını tənqid edərək istədiklərini qoparacaq. Ancaq belə olmadı. İqtidar bu şəxslərin kim olduğunu, hansı məqsədlərə xidmət etdiyini bildiyi üçün kifayət qədər təmkinli oldu, əsl səbir nümayiş etdirdi. İki gün ərzində heç bir effekt ala bilmədiklərini görən ABŞ S.Nurini yenidən geri çağırdı, onu ölkəmizdən çıxartdı.

S.Nuri ətrafında baş verənlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, S.Nuri on ildən artıqdır ki, ermənilərlə işbirliyindədir: "Hələ 2005-ci ildə bu adamların yaratdıqları təşkilat ermənilərə xidmət edirdi. Uzun müddətdir ki, ABŞ-da ölkəmiz əleyhinə kompromatlar yayır, dövlətçiliyimiz haqqında mənfi imic formalaşdırırdı. O, bütün bunları nə ilə edir? Təbii ki, ermənilərin pulu, dəstəyi hesabına. Şübhəsiz ki, belələri üçün ABŞ-ın qucağında əyləşib erməniyə xidmət etmək daha yaxşıdır. O, Azərbaycana gələndən sonra yayılan pornogörüntülər də məhz elə onların özləri tərəfindən sosial şəbəkələrdə yayılmışdı. Onlar bununla S.Nurini iqtidarın qurbanı kimi müdafiə edib öz məqsədlərinə çatmaq istəyirdilər. Amma alınmadı. S.Nuri nə Azərbaycan iqtidarı, nə də cəmiyyətimiz üçün önəmli biri deyil. Heç onu tanıyan da yoxdur. O, kimdir ki, ona görə hansısa plan hazırlansın".

Samir Feyruzov

Digər xəbərlər