"Qərbin indiyə qədər Azərbaycanla bağlı yaydığı tənqidi bəyanatların, verdiyi qərarların hamısı qərəzlidir". Bu fikirləri SİA-ya "Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycana şər və böhtan atmaq, ölkəmizi haqsız tənqid etmək bir daha sübut edir ki, elə ən çox repsressiyalar Avropada baş verir, insan hüquqları da məhz bu ölkələrdə daha çox pozulur: "Onlar özlərində olmayan ədaləti, söz azadlığını bizdən tələb edirlər. Bununla da nəzərləri öz üzərlərindən çəkirlər. Sanki Avropa özünü korluğa vurub. Görəsən ölkəmiz haqqında qərəzli müzakirələr keçirib, qərarlar verən Avropa haqq-hüquqları pozulan, uzun illərdir ki, vətən həsrəti ilə yaşayan bir milyondan artıq məcburi köçkünlərimizin halını görmürmü? Bir milyonu görməyən, Leyla Yunusu necə görə bilir? Avropa Azərbaycan haqqında Leyla Yunus kimi xainlərin "donos"larına əsaslanıb müzakirələr keçirir".T. Rüstəmxanlı vurğulayıb ki, Leyla Yunus vətən xainidir: "Bütün bunlar onun kimilərin Avropada pula görə ölkəmiz haqqında ağzına gələni danışmasın nəticəsidir. Onu yaxşı tanıyıram. Leyla Yunus hələ Müdafiə Nazirliyində işləyəndə etdiyi xəyanətləri, satqınlıqları ilə məşhur idi".
sia.az