"AXCP-nin Qubad İbadoğlunun başqanlığa namizəd kimi dəstəkləməsi, Müsavatın özünün mövcud nizamnaməsi və strukturu baxımından sual yaradır". Bunu SİA-ya Azərbaycan Demokratik Sol Partiyasının sədri Elşən Manafov deyib.Partiya sədrinin sözlərinə görə, İbadoğlu AXCP-nin deyil, əksinə Müsavatın qurultayında başqanlıq vəzifəsinə gətirilməlidir: "Bu baxımdan düşünürəm ki, siyasi baxımdan olsa da, qanunvercilik və nizamnamə baxımından AXCP-nin həmin proseslərə təsir göstərmək imkanları yetərincə deyil. Görünür "Milli Şura"nın tərkibində yaşanan proseslər və AXCP-nin İbadoğlu vasitəsilə Müsavatda mövcud vəziyyətə təsir göstərmək planları, həmin partiyanın funksionerlərini məhz bu kontekstdə mövqe sərgiləməyə sövq edə bilər.Digər tərəfdən Arif Hacılının zamanında Müsavat Partiyası və onun funksionerləri arasında müəyyən gərginlik yaşandı. Təbii ki, mövcud qanunvericilik və partiyalar haqqında siyasi qanun Müsavat Partiyasının özünün nizamnaməsi baxımından İbadoğlu AXCP-nin deyil, əksinə Müsavatın başqanlığına gətiriləsi şəxsdir".
sia.az