Əhməd Şahidov: "Bu, Xədicənin əxlaqsızlığının göstəricisidir"
Elçin Mirzəbəyli: "Xədicə İsmayıl erməni xislətini bir daha sərgiləyib"
Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında "Fundamental azadlıqlar" mövzusu müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda jurnalist Xədicə İsmayıl 10-a yaxın erməni dostuna işarə edib və onlar Əhməd Şahidovun arxasında düzülərək, dal çevirməklə bir növ çıxışa etiraz ediblər. Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirib və Ermənistan hakimiyyətini ifşa edib.Məsələ ilə bağlı ADİHİ rəhbərinin mövqeyini öyrənməyə çalışsaq da, Şahidov baş verənləri Xədicə İsmayılın əxlaqsız və satqın mahiyyəti ilə əlaqələndirərək, bu haqda çox danışmaq istəmədiyini deyib.Məsələyə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli də münasibət bildirib. E.Mirzəbəyli SİA-ya açıqlamasında deyib ki, Xədicə İsmayıl erməni xislətini bir daha sərgiləyib: "Necə ola bilər ki, Ermənistanı işğalçı siyasətinə görə tənqid edən insanı elə ermənilərin gözü qarşısında təhqir edəsən, onun çıxışına iyrənc bir formada etiraz edəsən. Əhməd Şahidov Ermənistanı tənqid edib, bu da Xədicənin xoşuna gəlməyib. Buna görə də o, öz simasını yırtaraq çıxışa mane olmağa çalışıb. Özü də Xədicə erməni dostları ilə birlikdə bu adddımı atıb. Bu, əsl xəyanətdir".
sia.az