"Azərbaycan və Ermənistanın müxalifətyönlü kütləvi informasiya vasitələrində Leyla Yunusun saxlanıldığı təcridxanada ona qarşı təzyiqlərin olması ilə bağlı yazılan sərsəm yazılar proseslərə məqsədyönlü yanaşmadan xəbər verir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.Sədr müavininin sözlərinə görə, bütün bunlar Azərbaycanı sevməyən və inkişafını gözü götürməyən beynəlxalq təşkilatların ölkəmizə qarşı təzyiqlərini təşkil etmək üçün məqsədyönlü şəkildə həyata keçirdikləri siyasətidir: "Onlar faktiki olaraq eyni mövqedən çıxış edən qüvvələrdir. Təbii ki, Leyla Yunus da onlarla eyni mərkəzdən idarə olunur. Hesab edirəm ki, son günlər baş verən proseslərə diqqət yetirsək buradan yetərincə nəticə çıxarmaq olar. Leyla Yunusa gəlincə deyə bilərəm ki, bu şəxsə hava limanında toxunmadıqları halda onun hansı bir halda "əxlaq" nümunəsi nümayiş etdirdiyi hər kəsin yadındadır. Hətta bu insana uzaqdan kimsə gözucu baxsa belə o, bunu özünün döyüldüyü kimi qələmə verəcək. Leyla Yunus üçün hər hansı ölçü, standart və sərhəd yoxdur".
sia.az