Qubad İbadoğlu: "Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır?"
Qubad İbadoğlu tərəfdarlarını ən sərt şəkildə tənbeh edib. Sosial şəbəkələrdə yazdığı statusda müsavatçıları məsuliyyətislikdə qınayan Q.İbadoğlu qeyd edib ki, Müsavatın Məclisi çox pis formada təşkil olunub: "Məclis Müsavatın vitrinidir, ora ağlı, zəkası və intellekti olanların meydanıdır. Amma son seçkilər göstərdi ki, müsavatçılar Elxan Mehiyevin, İsa Bağırovun, Mələhət Mürşüdlünün, Elşad Paşasoyun, Sədaqət Paşayevanın, Əhliman Abbasın, Tural Abbaslının və digər gənclərin Məclisə seçilməsinə nail ola bilmədilər".Daha sonra Müsavat Məclisini sərt şəkildə tənqid edən Q.İbadoğlu bildirib ki, Məclisdə heç bir yeni sima yoxdur: "Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır. Bu sizi düşündürürmü? Düşünürsünüzmü Partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlukəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək. Məclisin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü?".
sia.az