Elman Türkoğlu: "Xədicə İsmayılı Əli Kərimli öyrədib"
"Xədicə İsmayıla qarşı qaldırdığım məhkəmə iddiasına əsasən keçirilən məhkəmə prosesində özü şəxsən iştirak edirdi. Vəkilim tərəfindən ona qarşı yönələn sualları cavablandırmaqdan boyun qaçıran Xədicə İsmayıl sosial şəbəkələrdə mənim haqqımda yayılan saxta sənədlərdən xəbərsiz olduğunu qeyd etdi". Bu fikirləri SİA-ya açıqlamasında bayraqdar Elman Türkoğlu deyib.Xədicə İsmayılı Əli Kərimlinin öyrətdiyini də qeyd edən bayraqdar bildirdi ki, məhkəmə prosesi zamanı Xədicə İsmayıl hətta bu işdə MTN-in sabiq əməkdaşının əli olduğunu da söyləyib: "Həmin şəxslə telefon əlaqəsi qurdum və məlum oldu ki, sən demə bu insana sözügedən sənədi 2011-ci ildə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov göndərib. Qənimət Zahidov isə öz növbəsində bütün bunlardan tamamilə xəbərsiz olduğunu mənə söylədi. Büna baxmayaraq Xədicə İsmayıl özünün pis əməllərindən əl çəkmədi. Carəsiz qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Ümid edirəm ki, məhkəmə X.İsmayıl haqqında qaldırdığım iddianı təmin edəcək".Qeyd edək ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl Elman Türkoğlunun MTN-ə işlədiyini və hər ay MTN tərəfindən 600 manat maaş aldığına dair məlumat yaymışdı. Bunu özünün şərəf və ləyaqətinin təhqir edilməsi kimi dəyərləndirən bayraqdar Elman Türkoğlu Binəqədi rayon məhkəməsində Xədicə İsmayıla qarşı məhkəmə iddiası qaldırıb.
sia.az