"AXCP və Müsavat partiyalarında siyasi psroseslər "çevir tatı- vur tatı" ənənəsindən çıxış edir. Bunlar ümümiyyətlə gündəmə gətirilməməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı AXCP-Müsavat partiyaları arasında yenidən başlayan savaşa münasibət bildirərkən deyib."Müsavat Partiyasının qurultay öncəsi və sonrası da dəfələrlə söyləmişik ki, bu partiyanın başqanının kim olmasından asılı olmayaraq, AXCP ilə münasibətləri düşmən səviyyəsində olacaq. Bu düşmənçilik nəinki partiya rəhbərlərinin və ya funksionerlərinin ruhuna çöküb, hətta üzvlərinə də təsirsiz ötüşmür. Onların arasında bundan sonra hansısa əməkdaşlıq absurddur" -deyə, millət vəkili sözlərinə əlavə edib.Fəzail Ağamalı Müsavat Partiyasında baş verən parçalanmalara da münasibət bildirib: "Son olaylar bir daha onu göstərir ki, bu partiya siyasi arenadan silinmək üzrədir. Müsavat bir azdan ofis partiyasına çevriləcək. Bir sədr, bir möhür".
sia.az