"Ancaq AXCP və Milli Şura rəhbərliyinə daxil olan funksionerlərə müraciət edərək bu fikirlərə cavab tapa bilərsiniz. Çünki mən də həmin tədbirə bir partiya funkioneri qismində qatılmışam". Bu fikirləri SİA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu 15 müxalifət partiyasının bir araya gəldiyi Demokratiya və İnsan Haqları Mərkəzinin (DİHM) toplantısına AXCP sədri Əli Kərimlinin və Milli Şura sədri Cəmil Həsənlinin qatılmamalarına münasibət bildirərkən deyib.
Xəzər Teyyublu AXCP və Milli Şura rəhbərliyinin DİHM-nin toplantısına Müsavat və KXCP rəhbərliyinin orada təmsil olunduğuna görə qatılmamaları iddialarına da münasibət bildirib: "Kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan müxalifətində birliyə, hamının bir yerdə olmasına ehtiyac var: "Ümumiyyətlə müxalifətdə partiyaların ayrı-ayrı fəaliyyət göstərməsi məqbul deyil. Bu gün Demokratiya və İnsan Haqları Mərkəzində 15-ə yaxın müxalifət partiyaları birgə fəaliyyət göstərir. Düşünürəm ki, məhz bu fəaliyyət nəticəsində ortaya bir konsepsiya qoya bilirik və hamının bir yerə olması vacibliyini hesab edirik. Qaldı ki, hər hansı partiya və qurumların bizə qoşulmamasına, bu onların problemidir".
15 partiyanın bir arada blok yaradacağı ehtimalına da münasibət bildirən KXCP rəsmisi bildirib ki, əgər situasiya bunu diktə edəcəksə, həmin proses reallaşa bilər.
Xatırladaq ki, DİHM-nin toplantısında AXCP və Milli Şura rəhbərliyi iştirak etməyib. Hər iki qurumun sosial şəbəkədəki fəalları bunun səbəbini Müsavat və KXCP-nin birgə fəaliyyətində gördüklərini yazaraq, qarşı tərəfi tənqid ediblər.
yap.org.az