PDF Oxu

Müxalifət

  • 63

Müsavat gənclər təşkilatı sədrliyinə biyabırçı namizədlər

Müsavat gənclər təşkilatı sədrliyinə biyabırçı namizədlər

Müsavat partiyası gənclər təşkilatına rəhbərlik etmək üçün bir neçə nəfər namizədliyini irəli sürüb. Maraqlısı odur ki, partiyanın gənclər təşkilatına namizəd olan şəxslərin heç biri normal həyat tərzinə malik deyil. Onlardan biri də Müsavat üzvü Səma Qəbulovadır.O, sosial şəbəkələrdə yazdığı statusda sədrliyə namizəd olduğu haqqında qısa məlumat verib. Bu xəbər təsdiqini tapandan sonra çoxlarında şok effekti yaradıb.Belə ki, sosial şəbəkələrdə "yüngül" hərəkətləri ilə mütamadi olaraq çoxlarının qınağına tuş gələn S. Qəbulovanın gənclər təşkilatı sədrliyinə namizəd olması çoxunu qıcıqlandırıb. Daima açıq-saçıq geyinən, sərbəst həyata həddindən artıq meylli olan, siyasi savadı olmayan və daha çox kef məclislərində vaxt keçirən bir xanımın "sədrlik" iddiası Müsavatdakı vəziyyəti daha da gərginləşdirib.Əldə olunan informasiyaya görə, Müsavat partiyası gənclər təşkilatına namizəd olan gənclərdən biri də gitara çalır. O, vaxtının çoxunu Milli parkda dostları ilə gitara çalmaqla keçirir.

sia.az

Digər xəbərlər