PDF Oxu

Müxalifət

  • 29

Asim Mollazadə: “Erməni nazir beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur”

Asim Mollazadə: “Erməni nazir beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur”

"Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın fikirləri növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Paris görüşə dair fikirlərini şərh edərkən deyib.Millət vəkili bildirib ki, Ermənistan sülh istiqamətində addım atmaq istəmir və danışıqların emitasiyası ilə məşğuldur: "Ermənistan xarici işlər nazirinin açıqlamaları beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib. Bunun üçün də Ermənistanın və ATƏT-in Minsk qrupu həmsədrlərinin eyni mövqedən çıxış etdiyinə dair açıqlamalarla çıxış edir. Bu, yanlış məlumatdır. Məqsəd Ermənistanı beynəlxalq ictimaiyyətin təzyiqlərindən sığortalamaqdır".

sia.az

Digər xəbərlər