PDF Oxu

Müxalifət

  • 22

Gülağa Aslanlı: “Yenidən MNTK-ya müraciət etsin”

Gülağa Aslanlı: “Yenidən MNTK-ya müraciət etsin”

Başqan müavinindən Qubad İbadoğluyaMƏSLƏHƏT

"MNTK müstəqil qurum olduğu üçün qərarları da müstəqil şəkildə verir". Bu fikirləri SİA-ya Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun adıçəkilən təşkilat strukturunun verdiyi rəyinə inamsızlıq nümayiş etdirməsinə münasibət bildirərkən deyib.Gülağa Aslanlı Qubad İbadoğluya məsləhət görüb ki, əgər o MNTK-nın rəyi ilə razı deyilsə, bu zaman həmin struktura yenidən müraciət etsin: "Buna heç bir şərh vermək istəməzdim. Əgər kimsə həmin rəylə razı deyilsə MNTK-ya təkrar müraciət etməlidir. Bunun Nizamnamə yolu ancaq budur".Başqan müavini Qubad İbadoğlu və Tural Abbaslı arasında yaradılacaq fraksiyaya da münasibət bildirib. O, bununla bağlı deyib ki, əgər fraksiya yaransa, bu barədə şəxsi münasibətini bildirəcək: "Fraksiya yarana da bilər yaranmaya da! Yarandıqdan sonra münasibətimi açıqlayacam".Xatırladaq ki, Qubad İbadoğlu MNTK-nın onun şikayətinə əsasən verdiyi rəylə razı olmadığını bildirib və yaxın günlərdə buna müvafiq addım ata biləcəyini istisna etməyib.

sia.az

Digər xəbərlər