PDF Oxu

Müxalifət

  • 33

Səxavət Əlisoy: “Arif Hacılının istənilən qərarı mənim üçün əhəmiyyətsizdir” AÇIQLAMA

Səxavət Əlisoy: “Arif Hacılının istənilən qərarı mənim üçün əhəmiyyətsizdir” AÇIQLAMA

"Noyabrın 8-də Müsavat Partiyasının qərargahında partiyanın keçirdiyi qurultaydan narazı qalanların toplantısı keçiriləcək". Bu barədə SİA-ya Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy məlumat verib.Onun sözlərinə görə, toplantıda bir sıra vacib qərarlar veriləcək: "Artıq Mərkəzi Nəzarət Təftiş Komissiyası partiyanın qurultayındakı saxtakarlıqlarla bağlı təqdim etdiyimiz sənədə rəyini bildirib. Ancaq açıqlanan rəy bizi qane etmir. Bu məsələni müzakirə etmək üçün dostlarımızla noyabrın 8-də toplanacağıq. Məsələ müzakirə olunduqdan sonra son qərarımızı açıqlayacağıq".Səxavət Əlisoy mətbuatda Arif Hacılının qurultayın nəticələrindən narazı qalanlarla bağlı sərt qərarların veriləcəyinə işarə etməsinə münasibət bildirərkən qeyd edib ki, A. Hacılının istənilən qərarı onun üçün əhəmiyyətsizdir: "Mən öz mövqeyimdə qalıram. Qurultay günü baş vermiş saxtakarlıqlarla bağlı ədalətli araşdırmanın aparılması üçün sona qədər mübarizə aparacağam. Bu halda Arif Hacılının nə hərəkət etməsi, hansı qərarı verməsi mənim üçün önəmli deyil".

sia.az

Digər xəbərlər