"Hamı Müsavatın birliyinin möhkəmlənməsinin, səmimi, mehriban münasibətin qurulmasının və birgə mübarizənin tərəfdarıdır.
Bu barədə həm mən, həm də Gubad bəy dəfələrlə mətbuatda mövqe bildirmişik". SİA xəbər verir ki, sözügedən fikirləri Müsavat Partiyası başqanlığına keçmiş namizəd, təşkilatın Divan üzvü olmuş Tural Abbaslı son günlər partiya daxilində baş verən hadisələrə şəxsi "facebook" hesabındakı münasibətində qeyd edib.
Tural Abbaslının fikirncə, vəziyyətin normallaşması yalnız yeni başqan Arif Hacılının iradəsindən asılıdır: "Ancaq mən düşünürəm ki, arzuladığımız bu mühitin yaranması bizdən daha çox hazırkı başqanın istəyindən və atacağı real addımlardan asılıdır. İstənilən halda partiya daxilində dialoqun və bütün qərarların səs çoxluğu və ya azlığı ilə deyil, qarşılıqlı konsensus yolu ilə qəbulunun tərəfdarı olmuşam. Yəni bu gün heç kim özünü mütləq qalib və rəqiblərini də mütləq məğlub kimi görməməli, belə addımlar atmamalıdır".
T.Abbaslı bildirib ki, heç kim bizim rəqiblərimizin özümüz olmadığını unutmamalıdır: "Kinsensusun əldə olunması üçün geri çəkilməyi bacarmaq da lazımdır. Bu yolda uğur qazanmaq üçün hər kəs geri çəkilməyi və bir-birinə güzəştə getməyi bacarmalıdır. Əks təqdirdə bunu bizə nə müsavatçılar, nə də tarix bağışlayacaq".
sia.az