PDF Oxu

Müxalifət

  • 23

“Bu səlahiyyəti Xədicə İsmayıla Əli Kərimli verib”

“Bu səlahiyyəti Xədicə İsmayıla Əli Kərimli verib”

"Xədicə İsmayıl özünü radikal müxalifətin "ana"sı kimi aparır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, Xədicə İsmayıl 20 ildir ki, Əli Kərimlinin təbliğat işləri ilə məşğul olan və "Yurd" birliyinin əsas "aparıcı" jurnalistlərindən biridir: "Xədicə İsmayıl "Azadlıq" radiosundan istifadə edib hər zaman Əli Kərimlinin qanunsuz təbliğatı ilə məşğul olur. Xədicə İsmayılın Əli Kərimlinin müavinlərini ittiham etmək səlahiyyətini ona Əli Kərimli verib. O özünü artıq elə bir statusda görür ki, sanki radikal müxalifətin "anası"dır. Bu adam artıq şizofreniya xəstəliyinə tutulub. Bundan başqa bu adama nə demək olar"?!Qeyd edək ki, son zamanlar Xədicə İsmayıl AXCP sədri Əli Kərimlinin müavinlərini cəsarətsizlikdə ittiham etməyə başlayıb.

sia.az

Digər xəbərlər