"Partyada istefaların məhz qurultaydan sonra baş verməsi Hacılı faktorunu kifayət qədər önə çəkir". Bu sözləri SİA-ya Müsavat Partiyasının qurultayında başqanlığına namizəd olmuş Səxavət Əlisoy partiyanın başqanı Arif Hacılının narazı müsavatçılara qarşı sərgilədiyi etinasız mövqeyinə münasibətini bildirərkən deyib.Səxavət Əlisoy narazı müsavatçıların istefa vermək ehtimallarına da aydınlıq gətirib. Onun sözlərinə görə, bu halı da istisna etmək olmaz: "Müsavat ideologiyasının daşıyıcısı olmaq üçün partiyanın üzvü olmaq vacib deyil".Xatırladaq ki, sabah Müsavat Partiyasının mərkəzi qərargahında Qubad İbadoğlunun başqanlıq seçkiləri ilə bağlı etdiyi şikayətinə MNTK tərəfindən verilən qane etməyən cavaba qarşılıq olaraq narazı müsavatçılarla görüşü planlaşdırılıb. Görüşdə istefaların baş verəcəyi, yaxud da fraksiyanın yaradılacağı da istisna olunmur.
sia.az