PDF Oxu

Müxalifət

  • 32

AXCP-nin növbəti hiyləsi

AXCP-nin növbəti hiyləsi

Fuad Qəhrəmanlı: "Müsavatın hansı qanadını tanıyıb-tanımayacağımız isə proseslərin gedişindən asılı olacaq"

Müsavatın illərlə arzusunda olduğu qurultayının keçirilməsi heç də quruma düşərli olmadı. Belə ki, qurultaydan sonra Müsavat partiyası özü parçalanmaq həddinə çatıb. Müsavata yeni başqan seçilən Arif Hacılıdan narazı şəxslər partiya daxilində fraksiya yaradılması məsələsini də gündəmə gətiriblər. Maraqlı məqam isə Müsavatın parçalanmasından sonra qurumun müxalifət düşərgəsində hansı formada tanınacağı məsələsidir. Məsələ ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, əgər Müsavatda bölünmələr olarsa, AXCP hansını tanıyıb-tanımayacağı haqqında o zaman qərar çıxara bilər: "Müsavat partiyasının daxilində baş verənlər onların öz işidir. AXCP Müsavat partiyasının daxili problemi ilə bağlı məsələlərə qarışmır. Müsavatın hansı qanadını tanıyıb-tanımayacağımız isə proseslərin gedişindən asılı olacaq".

AXCP köhnə şakərini davam etdirir

AXCP sədrinin müavini F.Qəhrəmanlının cavabı bir anlığa bizi 2000-ci ildə müxalifət düşərgəsində baş verənləri yada salmağa məcbur edir. Yadınızdadırsa, 2000-ci ildə Əbülfəz Elçibəyin ölümündən sonra AXCP 2 qola bölünür. Nəticədə mühafizəkarların rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) yaranır, digər bölünən tərəfə isə əvvəlki kimi Əli Kərimli rəhbərlik etməyə başlayır. O vaxt baş verən parçalanmadan sonra Müsavat KXCP yaradılan kimi hər formada "dostluq" nümayiş etdirir. Bu gün isə Müsavat parçalanma ərəfəsindədir, artıq fraksiyalar da yaradılır, deməli, yeni yaranacaq partiyanın bu günlərdə peyda olacağı elan olunacaq. O zaman sual ortaya çıxır: AXCP Müsavatdan ayrılan yeni partiyanı tanıyacaqmı. Göründüyü kimi, tarix təkrarlanır. Ancaq F.Qəhrəmanlının sözügedən məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasına əsaslanaraq belə demək olar ki, AXCP Müsavatdan öz qisasını almaq üçün hələ uzun müdddət bu oyunu aparacaq.

R.HÜSEYNOVA

Digər xəbərlər