PDF Oxu

Müxalifət

  • 27

Qubad İbadoğlu: “Partiyanın tanınmış üzvlərinin cəzalandırılması üçün siyahı hazırlanıb” İTTİHAM

Qubad İbadoğlu: “Partiyanın tanınmış üzvlərinin cəzalandırılması üçün siyahı hazırlanıb” İTTİHAM

Müsavat funksioneri MNTK-nın sifarişlə işlədiyini iddia edir

"Bəlli oldu ki, nizamnamə pozuntusuna yol verilib. Müsavat Partiyasının Nizamnaməsində heç bir yerdə qeyd edilməyib ki, üzvlər arasında şəxsi yazışmaya görə MNTK qərar qəbul etməlidir. Hətta belə qərarlar olsa da, birtərəfli olmalı deyil. Bu açıq aşkar siyasi qərardır, hüquqi müstəvidə araşdırılmayıb". Bu fikirləri SİA-ya başqanlığa namizəd olmuş narazılar qrupunun rəhbəri Qubad İbadoğlu sözügedən prosesləri şərh edərkən qeyd edib.Onun fikrincə, hüquqi müstəvidə belə qərar verilməsi üçün heç bir əsas yoxdur: "Bu qərarla repressiyalara start verilib. Partiyada rayon təşkilatları səviyyəsində verilən bəyanatdan sonra bu, gözlənilən idi. Çünki artıq partiyanın tanınmış üzvlərinin cəzalandırılması üçün bir siyahı hazırlanıb. Səxavət Əlisoy və Əlövsət Talışxanlı da Divanın növbəti toplantısına dəvət alıblar.Bu məsələlər orada da müzakirə olunacaq. Siyahıda kimlərin adının olması haqda konkret məlumat vermək niyyətim yoxdur. Sadəcə repressiyalar başlayıb, bu da həmin repressiyaların tərkib hissəsidir. Mən bunu qəti şəkildə pisləyirəm. Bəyanat kampaniyasına son verilməlidir. Partiyada demək olar ki, bəyanat verməyən bircə MNTK qalıb. Çox güman ki, onlar da bəyanat verəcək. Eyni mövqeni bölüşən adamların cəzalandırılmasına start verilib. MNTK müstəqil deyil və sifariş yerinə yetirməklə məşğuldur".

sia.az

Digər xəbərlər