PDF Oxu

Müxalifət

  • 30

Qabil Hüseynli: “Ölkəmiz istənilən aqressiyanı dəf etmək gücünə malikdir” AÇIQLAMA

Qabil Hüseynli: “Ölkəmiz istənilən aqressiyanı dəf etmək gücünə malikdir” AÇIQLAMA

"ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağda olduğu bir vaxtda oraya səfər etməsinin müəyyən siyasi tərəfləri var". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, heç şübhəsiz ki, Serj Sarkisyan Ermənistana məxsus "Mİ-24" tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulmasından sonra Dağlıq Qarabağa gəldi: "Hesab edirəm ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik Dağlıq Qarabağda hərbi təlim getdiyi və Serj Sarkisyan orada olduğu vaxtda rəsmi İrəvana səfər etməməliydi. Əgər Ermənistan dövləti yenidən hərbi helikopterin vurulması ətrafında müxtəlif şayiələr, dedi-qodular yaradacaqsa, Azərbaycan tərəfi də buna qarşı adekvat cavabı verməlidir. Düşünürəm ki, Ermənistan tərəfi bu hadisənin əvəzində Azərbaycanı nədəsə hədələyirsə, bundan qorxmamaq lazımdır. Ölkəmiz istənilən aqressiyanı dəf etmək gücünə malikdir".

sia.az

Digər xəbərlər