PDF Oxu

Müxalifət

  • 27

Əlövsət Talışxanlı: “İsa Qəmbərlə bir partiyada addımlamağı şərəfimə təhqir hesab edirəm”

Əlövsət Talışxanlı: “İsa Qəmbərlə bir partiyada addımlamağı şərəfimə təhqir hesab edirəm”

Müsavat partiyasında istefalar dalğası davam edir. Bu dəfə Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü partiyadan istefa verdiyini bəyan edib. Əlövsət Talışxanlı Divanın bugünkü toplantısında çıxarılan qərarlara etiraz etdiyini qeyd edib.O, bəyanatında deyir: "Mən Əlövsət Sayadxan oğlu Talışxanlı qeyri-legitim Divanın Səxavət Əlisoyu partiya üzvlüyündən çıxardığı qərara etiraz olaraq bu andan Müsavat Partiyası üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Daxilən müsavatçı olaraq qalsam da, partiya sıralarını tərk edirəm. Mən bu cür demokratiyaya zidd olan insanlarla birlikdə addımlaya bilmərəm. Mən belə insanlarla bir partiyada addımlamağı şərəf və ləyaqətimə təhqir hesab edirəm. Hər şey İsa Qəmbərin göstərişi ilə həyata keçirildi. Buna çox təəssüf edirəm".

sia.az

Digər xəbərlər