"Mən hakimiyyətə gəlsəm, jurnalistləri toya göndərəcəm"
"Müsavat haqqında heç nə demək istəmirəm, mənim üçün daha elə bir anlayış yoxdur. Müsavat mənim üçün bitib". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının sabiq divan üzvü Hikmət Hacızadə bildirib.Müsavatdan istefa verməsinin səbəbləri ilə bağlı sualımızı cavablandırmaqdan yayınan H.Hacızadə "bu barədə heç bir kommentari yoxdur" deməklə telefonu bağladı. Daha sonrakı telefon zəngimizdə isə "mən hakimiyyətə gəlsəm, jurnalistləri toya göndərəcəm"- deyərək dəstəyi yenidən asdı.
sia.az