"Ümumiyyətlə hesab edirəm ki, Xədicə İsmayıl haqqında məhkəmə çəkişməsi olduğuna görə o, ABŞ Konqresində Azərbaycanla bağlı keçiriləcək dinləmələrə gedə bilməz". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov ABŞ Konqresində Azərbaycanla bağlı keçiriləcək dinləmələrə Xədicə İsmayılın korrupsiya, insan hüquq və azadlıqları ilə bağlı mövzulara dəvət olunmasına münasibət bildirərkən deyib.AMİP funksionerinin sözlərinə görə, hətta Xədicə İsmayılın ölkədən çıxmaması haqqında iltizam alınıb: "Beləcə o, heç bir ölkəyə gedə bilməz. Bu mənada hesab edirəm ki, onun ABŞ Konqresində Azərbaycanla bağlı keçiriləcək dinləmələrdə iştirakı mümkün olmayacaq. Əgər Azərbaycanı qonşu respublikalarla müqayisə etsək görərik ki, ölkəmizdə insan haqlarının pozuntusu minimum səviyyədədir. Qoy, ABŞ nə qədər istəyir dinləmələr keçirsin. Çünki bu, Amerika siyasətinin standartından xəbər verir. Heç şübhəsiz ki, ABŞ Konqresində Azərbaycanla bağlı keçiriləcək dinləmələrə Xədicə İsmayılın əsas rejissor kimi dəvət olunması bu dövlətin ölkəmizə qarşı təzyiqindən xəbər verir. ABŞ çalışır ki, öz maraqları naminə Azərbaycan dövlətindən divident əldə etsin".
sia.az