PDF Oxu

Müxalifət

  • 21

Tural Abbaslı: “Müsavatda baş verən neqativ hallar aradan qaldırılsa, fraksiya yaradılmayacaq” AÇIQLAMA

Tural Abbaslı: “Müsavatda baş verən neqativ hallar aradan qaldırılsa, fraksiya yaradılmayacaq” AÇIQLAMA

"Arif Hacılı ilə görüş çərçivəsində Müsavat Partiyasının daxilində gedən son prosesləri müzakirə etdik. Partiyanın həyatında müsbət irəliləyişin olmasına dair fikirlərimi, eyni zamanda frakisyanın yaradılmasında istəkli olduğumu rəhbərliyin diqqətinə çatdırdım". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı deyib.Onun sözlərinə görə, Arif Hacılı son olaylardan dolayı partiyadaşları ilə dialoq qurmağı məqbul hesab edir: "Düşünürəm ki, əgər partiyanın daxilində baş verən neqativ hallar aradan qaldırılacaqsa, o zaman fraksiyaya ehtiyac olmayacaq. Yox əgər proseslər olduğu kimi bu məcrada davam etsə, frakisyanın yaradılmasına sona qədər çalışacam".Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəylinin Məclisdə boş qalan 30-a yaxın yerə layiqli namizəd kimi Tural Abbaslının adını önə çəkməsinə münasibət bildirən keçmiş Divan üzvü Mustafa bəyin fikirlərinə hörmətlə yanaşdığını qeyd etdi: "Bunu əsla şirnikləşdirici təklif kimi dəyərləndirmirəm. Mən uzun müddət partiyada divan üzvü olmuşam. Bir sıra proseslərdə aktiv iştirak etmişəm. Bu baxımdan partiyayanın həyatında müsbət rol oynayan insanların, gənclərin idarəetmədə təmsilçiliyi təmin olunmalıdır. Hər birimiz təmsil olunduğumuz partiya həyatında potensialımızı sərgiləməliyik".

sia.az

Digər xəbərlər