AXCP sədrinin müavini Nurəddin Məmmədli ilə ADP sədri Sərdar Cəlaloğlunun böyük qardaşı, Qarabağ əlili Əbdül Məmmədov arasında dava düşüb. Belə ki, N. Məmmədli "facebook" səhifəsində bildirib ki, Sərdar Cəlaloğlu Hafiz Hacıyevin savadlı variantıdır: "Daima təriflənən, hər yerdə hörmətli insan kimi qəbul edilən bu adam indi qınaq obyektidir. Ona görə də ciddi kompleksləri formalaşıb. Hamıya düşmən kimi yanaşır. Qurani-Kərimdə səhv axtarır, Füzulini, Babəki, Səməd Vurğunu düşmən elan edir. Bir sözlə o, Azərbaycan xalqı üçün itirilmiş adamdır. Onun dedikləri vicdanlı insanların ürəyini bulandıra bilər. Amma nəyisə dəyişdirə bilməz. Ona görə də, ciddiyə alıb Cəlaloğluna baş qoşmağa ehtiyac görmürəm". Nurəddin Məmmədlinin bu fikirlərinə Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədov sərt reaksiya verib: "Fikirləriniz məndə belə sual yaratdı ki, bir vaxtlar Sərdardan ağıllı lider görməyən Nurəddin Məmmədli müavini olduğu partiyanı tərk edərək daim söydüyü Əli Kərimliyə hansı səbəbdən müavin getdi? Hansı ağıl və zəka ilə siz Sərdar Cəlaloğlunu hansısa ağlı kəmlərə söydürürsünüz? Bəyəm, Sərdarın Əli Kərimli kimi bir neçə maşını, cangüdənləri, villası var? Bəyəm, Sərdar Cəlaloğlu da Əli kimi dəfələrlə dediyi sözün əksini edərək gedib Milli Məclisdə oturub? Nurəddin Məmmədli Cəlaloğlu haqda fikirləri haqlı deyil, ancaq o, bunları deməyə məcburdur. Çünki aldığı pulun haqqını ödəməlidir. Adam qandığı şeydən danışar".
sia.az