"İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının liderlərindən biri, dünya miqyasında qəbul edilən nüfuzlu siyasətçidir"
""CNN Türk" kanalının efirində Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə bağlı səslənən həqiqətdən uzaq, qərəzli fikirlər qətiyyən yolverilməzdir və kanal buna görə Dövlət Başçımızdan üzr istəməlidir". Bunu SİA-ya "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Türkiyənin "CNN Türk" kanalının efirində Azərbaycanın dövlət başçısı haqqında mənfi fikirlərin səsləndirilməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu, son bir ay ərzində "CNN Türk"də Azərbaycanla bağlı ikinci xoşagəlməz olaydır və bu fakt baş verənlərin təsadüfi olmadığını söyləməyə əsas verir: "Cənab Prezident İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının liderlərindən biri, dünya miqyasında qəbul edilən nüfuzlu siyasətçidir. Baş verən bu qəbuledilməz hadisə Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq və strateji tərədaşlıq münasibətlərinin ruhuna adekvat deyil və bu münasibətlərə böyük zərbədir. "CNN Türk" bu məsələ ilə bağlı təkzib verməli, Azərbaycanın Dövlət Başçısından üzr istəməlidir. Biz Prezidentimiz haqqında səslənən bu cür ifadələrə etirazımızı bildirir və CNN Türkdən bu yanlışı düzəltməsini tələb edirik!".
sia.az