PDF Oxu

Müxalifət

  • 11

Rəsul Quliyev xəstəliyə tutulub AÇIQLAMA

Rəsul Quliyev xəstəliyə tutulub AÇIQLAMA

Mustafa Hacıbəyli: "Rəsul Quliyevə şəfa diləyirəm"

"Rəsul Quliyev artıq qocalıb. Görünür, qocalıqla əlaqədar onda əqli problemlər də yaranmağa başlayıb". Bu fikirləri SİA-ya Müsavat başqanının müşaviri, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli sabiq ACP lideri Rəsul Quliyevin mətbuata açıqlaması zamanı Müsavat və AXCP rəhbərliyini kəskin təhqir etməsinə və bu partiyaların rəhbər strukturlarının dəyişilməsinin vacibliyi barədə irəli sürdüyü iddialarına cavab verərkən deyib.Müsavat rəsmisinin sözlərinə görə, Rəsul Quliyevin fikirlərində xüsusilə son zamanlar heç bir məntiq tapmaq mümkün deyil: "Bunu da müəyyən yaş həddinin keçməsi ilə əlaqələndirirəm. Görünür, bu insan digər xəstəliklərlə yanaşı, həm də parkinson xəstəliyindən ciddi əziyyət çəkir. Yaşlılıq dövründə ortaya çıxan parkinson xəstəliyi davranış pozulması, əzələlərdə gərginlik kimi hallarla müşahidə edilir. Mən ona ağıldan şəfa diləyirəm".

sia.az

Digər xəbərlər