"Gülağa Aslanlının Mərkəzi İcra Aparatına sədr seçilməsini normal qəbul edirəm"
"Mənim Müsavat Partiyasındakı fəaliyyətim təkcə etiraz etməkdən ibarət deyil. Mən həmçinin partiyanın inkişaf etdirilməsi üçün öz fikirlərimi təqdim etmişdim. Bu gün də edirəm". Bu fikirləri SİA-ya partiya başqanlığına namizəd olmuş Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu başqan müavini Gülağa Aslanlının eyni zamanda Mərkəzi İcra Aparatına sədr təyin olunmasına münasibət bildirərkən deyib.Qubad İbadoğlu hələ də ötən ildən irəli sürdüyü təkliflərin reallaşacağına ümid etdiyini istisna etməyib: "Müəyyən müzakirələrdən sonra irəli sürdüyüm ideyaların reallaşmasını gözləyirəm. Hazırda partiya daxilindəki fəaliyyətimi davam etdirirəm".Müsavat funksioneri hazırda partiyanın zəif olduğunu da deyib və təşkilatın güclənməsi istiqamətində çalışacağını bildirib: "Müsavatın güclü bir partiyaya çevrilməsi üçün öz tövhələrimi verəcəyəm".Qubad İbadoğlu daha bir maraqdoğurucu münasibət də bildirib. Belə ki, o, digər narazılardan fərqli olaraq, Gülağa Aslanlının başqan müavini postunu tutmaqla yanaşı, həm də Mərkəzi İcra Aparatına sədr seçilməsini normal hesab etdiyini deyib: "Gülağa Asalanlının Mərkəzi İcra Aparatına sədr seçilməsini normal hesab edirəm".
sia.az