PDF Oxu

Müxalifət

  • 37

Mustafa Hacıbəyli: “Fuad Qəhrəmanlı öz mövqeyinə yenidən baxmalıdır” MƏSLƏHƏT

Mustafa Hacıbəyli: “Fuad Qəhrəmanlı öz mövqeyinə yenidən baxmalıdır” MƏSLƏHƏT

"Paralament seçkiləri istaqamətində müxalifət dairələrində müzakirələrə başlamışıq. Müxalifətin bütün spektrları ilə Müsavat Partiyası məsləhətləşmələr aparır ki, bunun da yekununda fikirlərimizi bildirəcəyik". Bu sözləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının parlament seçkilərinə yalnız Milli Şura formatında gediləcəyi fikrinə münasibətini bildirərkən deyib.Mustafa Hacıbəyli qeyd edib ki, bütün seçkilərdə olduğu kimi parlament seçkisində də Müsavat Partiyası digər müxalifət partiyaları ilə əməkdaşlıq etməyə hazırdır.Müsavat rəsmisi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Müsavatla heç bir əməkdaşlığa getməyəcəkləri fikrinə də münasibətini bildirib: "Söhbət heç də seçki bloklarının yaradılmasından getmir. Milli Şura blok şəkilndə seçkiyə gedə bilər və biz buna hörmətlə yanaşırıq. Amma Fuad Qəhrəmanlının nə deməsindən asılı olmayaraq yaxşı olardı ki, o yenidən öz mövqeyinə, partiyadakı fəaliyyətinə yenidən nəzər salsın. Çünki bu onun üçün zəruridir".

sia.az

Digər xəbərlər