PDF Oxu

Müxalifət

  • 29

Erməni politoloq: “Lavrov erməni ictimaiyyətinə dərs keçməməlidir” ETİRAZ

Erməni politoloq: “Lavrov erməni ictimaiyyətinə dərs keçməməlidir” ETİRAZ

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Gümrü hadisələrinin siyasiləşdirilməməsi istiqamətində etdiyi çağırış şəhər əhalisini hiddətləndirib. Onlar öz tələblərində hansı siyasi motivlərin olduğunu anlamadıqlarını deyirlər. SİA xəbər verir ki, bu barədə Ermənistanın "azatutyun" radiostansiyası xəbər verir. Qeyd olunur ki, Gümrüdən olan politoloq Qagik Ambaryanın fikrincə, şəhər əhalisinin tələbləri kifayət qədər aydındır: yeddi nəfərdən ibarət olan erməni ailəsini qətlə yetirən rusiyalı hərbçi mütləq Ermənistanın məhkəməsi qarşısında cavab verməlidir. Politoloq hesab edir ki, Rusiya tərəfi bu tələbi yerinə yetirməli, Gümrüdə anti Rusiya ab-havasının qarşısını almalıdır.

"Gümrülülərin haqlı tələblərini onların hadisələri siyasiləşdirilməsi ittihamı ilə əvəzləmək yolverilməzdir, çünki cinayətkar lazım olan cəzasını almayıb. İndi biz gümrülülər bunu tələb edərkən, bu, onların (Rusiya tərəfinin-red.) xoşuna gəlmir. Nəticədə də bəlli olur ki, sən demə biz, şəhər əhalisi məsələni siyasiləşdiririk" -deyə, erməni politoloqu bildirib.

Ambaryan qeyd edib ki əgər Lavrov məsələnin kimlər tərəfindən siyasiləşdirildiyini bilirsə, buyursun, onların adlarını açıqlasın.Politoloqun sözlərinə görə, əslində, məsələnin siyasiləşdirilməsində Rusiya tərəfi maraqlıdır. Belə ki, onlar bu vasitə ilə hərbi bzadakı çatışmazlıqları ört-basdır edə bilərlər.

Ermənistanın beynəlxalq məsələlər və təhlükəsizlik institunun rəhbəri Stepan Səfəryan da Rusiya tərəfinin erməniləri məsələni siyasiləşdirməkdə ittiham etməsinin doğru fikir olmadığını deyib. "Rusiya erməni ictimaiyyətini elə bir situasiya ilə qarşı-qarşıya qoyub ki, artıq Ermənistan rəhbərliyindən nə isə tələb etməyə lüzum qalmır. Çünki cinayətkar hərbçi Rusiya hərbi bazasında saxlanılmaqdadır. Nəticədə Rusiya strukturlarına qarşı olan etirazlar siyasiləşdirilmiş olay kimi qiymətləndirilir"-deyə, Səfəryan bildirib.

İnstitut rəhbəri qeyd edib ki, Rusiyanın xarici işlər naziri və hökumətinin özü bu məsələ ətrafında spekulyasiya edir, o cümlədən, bu vasitə ilə etiraz səslərini boğur. Səfəryanın fikrincə, məsələnin həlli Rusiya tərəfindədir və bu ölkə bilməlidir ki, mövcud vəziyyət erməni-rus münasibətlərinə ciddi təsir edəcək: "Rusiya XİN-in rəhbəri erməni ictimaiyyətinə nəyi demək olar, nəyi demək olmaz dərsini keçməməlidir. Bu, təhqirdir. Çünki Gümrü ictimaiyyəti öz tələbini ortaya qoyur, geosiyasi məsələdə spekulyasiya etmir. Əslində, Rusiya düşünməlidir ki, hansı geosiyasi oyunlar oynayır. Bu baxımdan, Gümrü ictimaiyyəti ümumiyyətlə, geosiyasi oyunlar oynamaq marağında deyil və buna ehtiyac da görmür".

İrəvan mətbuat klubunun sədri Boris Naovosardyan isə hesab edir ki, Rusiyanın xarici işlər naziri məsələnin siyasiləşdirilməsi dedikdə nəyi nəzərdə tutur: "Çünki bu məsələdə baş verən hadisənin nəticlərini siyasiləşdirməmək olmur. Qətl hadisəsi başqa ölkənin hərbi qulluqçusu tərəfindən törədilib və bu hadisə hərbi bazadan kənarda- başqa ölkənin ərazisində baş verib. Qətldə başqa ölkəyə məxsus silah işlədilib. Ona görə də bu hadisədə istəsək də, istəməsək də siyasi tərəflər var".

Xatırladaq ki, son günlər Gümrüdə baş vermiş məlum olaydan sonra erməni ictimaiyyəti Rusiyaya qarşı çıxışlar etməyə başlayıb. Hakimiyyətdən fərqli olaraq, onlar qatilin Ermənistan məhkəməsində mühakimə olunmasını tələb edirlər. Rusiya tərəfi isə Premyakovu erməni tərəfinə verməkdən imtina edir. Hazırda rus əsgəri Gümrüdəki 102-ci hərbi bazanın təcridxanasında saxlanılır.

sia.az

Digər xəbərlər