"Bu gün Strasburqda öz işinə başlayacaq AŞPA-nın qış sessiyasında kəlbəcərli girovlarla bağlı məsələnin müzakirə ediləcəyini proqnozlaşdırmaq çətindir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanın mülki vətəndaşlarının məhz Azərbaycan torpaqlarında Ermənistan ordusu tərəfindən girov götürülməsi kifayət qədər ciddi məsələdir: "Keçirilən qondarma məhkəmə prossesi ilə girovların həbs edilməsi Avropa şurasının elan etdiyi bütün prinsip və dəyərlərə ziddir. Bu məsələyə Strasburqda keçiriləcək AŞPA-nın qış sessiyasında da xüsusi diqqət yetirilməlidir. Bu müzakirələrin keçirilməsinin nə dərəcədə real olduğunu zaman göstərəcək. Hər halda ümid edirəm ki, sessiyada bu məsələnin həlli üçün müəyyən addımlar atılar".
sia.az