PDF Oxu

Müxalifət

  • 25

Kamil Xəlilbəylidən Müsavat rəhbərliyinə İZTEHZA

Kamil Xəlilbəylidən Müsavat rəhbərliyinə İZTEHZA

"Kəl olmaq daha faydalıdır"

Sabiq müsavatçı fəal Kamil Xəlilbəyli növbəti dəfə Müsavat Partiyasının rəsmilərini hədəfə alan fikirlərlə çıxış edib. SİA xəbər verir ki, keçmiş Müsavat fəalı sosial şəbəkədəki şəxsi səhifəsində iztehzalı ifadələri ilə başqan Arif Hacılıya, onun müavinləri Səxavət Soltanlıya eləcə də Elman Fəttaha xitabən düşüncələrini paylaşıb.

Kamil Xəlilbəyli Arif Hacılıya eyham vuraraq onun müavinlərini ələ salıb: "Səxavət Soltanlı, Elman Fəttah kimi müavinlərin olub hakimiyyət xəyalı qurmaqdansa, iki baş kəl olub torpaq əkib becərmək daha faydalıdır".

Qeyd edək ki, son günlər Müsavat Partiyasından çıxarılan, yaxud öz istefası ilə gedən tərəflərlə Arif Hacılı tərəfdarları arasında kəskin qarşıdurma hələ də səngiməyib və bu hal sosial şəbəkədə baş verən söz atışmaları vasitəsilə aydın şəkildə özünü göstərməkdədir.

sia.az

Digər xəbərlər