PDF Oxu

Müxalifət

  • 25

Elçin Mirzəbəyli: “Seyran Ohanyan o mətbəxdən çıxıb”

Elçin Mirzəbəyli: “Seyran Ohanyan o mətbəxdən çıxıb”

"Ermənistanda hər hansısa siyasi qərarın qəbul olunmasında əsas mövqe Rusiyaya məxsusdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Ermənistanda keçiriləcək prezident seçkilərində Rusiyanın mövqeyi əsas faktor rolunu oynayacaq: "İndiki halda Rusiyanın Seyran Ohanyanın namizədliyi ilə razılaşmayacağı barədə yayılan fikirləri bir o qədər ciddiyə almaq lazım deyil. Seyran Ohanyan faktiki olaraq Rusiya kəşfiyyat strukturlarının keçmiş əməkdaşıdır və o mətbəxdən çıxmış adamdır. Bu baxımdan da Ohanyanın namizədliyinin üzərində Rusiyanın dayanmayacağı barədə yayılan fikirləri əslində əsaslandırmaq lazımdır. Ancaq bütün hallarda Rusiyanın bu məsələdə mövqeyi önəmli olacaqdır. Çünki Ermənistan faktiki olaraq Rusiyanın bir əyalətidir və bu ölkədə qəbul edilən bütün siyasi qərarlar məhz Rusiyanın göstərişi ilə həyata keçirilir".

sia.az

Digər xəbərlər