PDF Oxu

Müxalifət

  • 24

Neytral, yoxsa..? MÜNASİBƏT

Neytral, yoxsa..? MÜNASİBƏT

Novella Cəfəroğlu: "Nə Qubadı, nə də başqasını dəstəkləmirəm"

"Mən Müsavat Partiyasının üzvüyəm və haqlı olanın tərəfindəyəm". Bu fikirləri SİA-ya partiyanın yaradıcılarından biri olan Novella Cəfəroğlu bir müddət əvvəl onun Qubad İbadoğlunun tərəfini saxlamasından dolayı, təşkilat sıralarından uzaqlaşdırılacağı barədə mətbuatda gedən fikirlərə münasibətini bildirərkən deyib.Novella Cəfəroğlu bu fikirləri inkar edərək deyib ki, o, nə Qubad İbadoğlunu, nə də Arif Hacılını dəstəkləmir: "Nə Qubad bəyi, nə də başqasını dəstəkləmirəm. Sadəcə, doğru siyasət aparanın yanında olmağı haqlı sayıram. Mənim üçün əsas amil Müsavatın var olmasıdır. Oradakı insanların hamısına hörmətim var".Müsavat üzvü xatırladıb ki, o zamanında partiyada bu kimi halların baş verməməsi üçün müraciət də etmişdi. Lakin onu dinləyən olmayıb: "Bu kimi halların qarşısını almaq üçün öz çağırışımı da etmişəm. Kimlər dinləmədisə özləri bilər. Ancaq hər halda, müraciətimdən müsbət nəticə çıxarsaydılar yaxşı olardı".

sia.az

Digər xəbərlər