PDF Oxu

Müxalifət

  • 33

Rəşad Məcid: “Xaotik vəziyyətə dözmək məcburiyyətindəyik” RƏY

Rəşad Məcid: “Xaotik vəziyyətə dözmək məcburiyyətindəyik” RƏY

"Kimin hansı məqsədlə, hansı səbəbdən sayt açmasının dəqiq səbəblərini araşdıra bilmirik. Hərə bir yolla özünə sayt açır və bunun fonunda informasiyalar yaymaqla məşğul olur". Bu fikirləri SİA-ya Mətbuat Şurasının İdarə heyətinin üzvü, "525-ci qəzet" nəşrinin baş redkatoru Rəşad Məcid bir müddət fəaliyyət göstərdikdən sonra bağlanan saytların bağlanmasına münasibətini bildirərkən deyib.Baş redaktor qeyd edib ki, bu kimi saytlar bir müddət fəaliyyət göstərdikdən sonra bu və ya digər səbəblərdən işlərini dayandırırlar: "İnformasiya saytlarının media orqanı kimi qəbul edilib-edilmədiyinə dair qanunla tənzimləmə yoxdur. Bu baxımdan, demək olar ki, qeyri-müəyyən vəziyyətdir. Məhz belə olan halda saytların bu cür çoxalma halları baş verir. Nə zaman ki, internet media və bu kimi digər yayım strukturları Kütləvi İnformasiya Vasitələri haqqında qanunlara tabe olacaqsa, onda qanunla hər hansı bir mexanizm tədbiq etmək mümkün ola bilər. Hələlik biz bir müddət bu xaotik vəziyyətə dözmək məcburiyyətindəyik".

sia.az

Digər xəbərlər