PDF Oxu

Müxalifət

  • 25

Antimilli ünsürlər təxribat törədə bilməyəcək

Antimilli ünsürlər təxribat törədə bilməyəcək

Qondarma "Milli Şura"nın 15 oktyabra təyin etdikləri mitinqinin baş tutmaması bir daha dağıdıcı düşərgə təmsilçilərinin rəzalətini nümayiş etdirdi.

Xarici anti-azərbaycançı dairələrdən maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikal müxalifətin nümayiş etdirdiyi antimilli fəaliyyət bəhs olunan qüvvələrin, o cümlədən, autsayderlər toplusu olan qondarma qurumların nəyə qadir olduğunu və kimlərə xidmət etdiyini aşkar surətdə ortaya qoyur. Dolayısı ilə, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət, həmişə olduğu kimi, yenə də növbəti parlament seçkiləriərəfəsi Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir, ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır.

Dağıdıcı düşərgənin cılız "mitinq" taktikası və ya tükənmişlik sindromu

Bu məqamda vurğulamaq yerinə düşər ki, radikal düşərgə təmsilçilərinin birləşdiyi qondarma "Milli Şura" ötən il ölkəmizdə keçirilən növbəti prezident seçkilərindən sonra üzləşdiyi fiaskonu ört-basdır etmək üçün parlament seçkiləri ərəfəsi ənənəvi "taktika"ya müraciət edib. Bu, onların başlıca "siyasi texnologiyası" olan mitinq keçirməkdir. Əlbəttə, mitinq şoularının təşkil olunmasında məqsəd bir tərəfdən provokasiya xarakterli əməlləri davam etdirmək, digər tərəfdən isə siyasi gündəmdə qalmağa hesablanıb. Yəni öz "fəaliyyət"ini dağıdıcıların nəzarətində olan bəzi qəzet səhifələrində işıqlandırılmaqla davam etdirən radikal düşərgə mitinq taktikasını yeni "siyasi canlanma" vasitəsi kimi görür. Bu isə de-fakto autsayderə çevrilmiş radikal müxalifətin tükənmişlik sindromunu əks etdirən növbəti göstəricidir...

Əli Əliyev: "Milli Şura" yalnız qrant almaq, havadarlarına yarınmaq üçün mitinq keçirir"

"Radikal müxalifət düşərgəsi, o cümlədən "Milli Şura" məhz xaricdəki havadarları tərəfindən maliyyələşir və onlar Azərbaycanın əleyhinə kampaniya aparmaqla görəvləndiriliblər"- bu sözləri Vətandaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "SƏS" qəzetinə açıqlamasında bildirərəkən vurğulayıb və bildirib və yarandığı gündən birmənalı şəkildə "Milli Şura"nın bəzi xarici dairələrin ölkədaxili siyasi qanadı oluduğunu qeyd edib: "Bircə fərq ondadır ki, "Milli Şura"da beynəlxalq müdaxilə açıq hiss olunmaqdadır. Rusiya Avrasiya İttifaqını formalaşdırmaq istiqamətində Azərbaycana təhdid vasitəsi formalaşdırır və bu da onun ölkədaxili siyasi qanadıdır. Bu siyasi qanad gələcəkdə seçki dövründə hansısa tapşırıqları yerinə yetirməlidir. "Milli Şura"nın keçirdiyi bütün mitinqləri bütün hallarda xaricdən planlaşdırılır. "Milli Şura"nın mitinqində Ermənistanın bayrağı belə qaldırılsaydı, heç də təəccüblənməzdim. Çünki onların müdafiə etdiyi insanların böyük əksəriyyəti erməni lobbisinə, Ermənistanın xüsusi kəşfiyyat orqanlarına xidmət edən şəxslərdir. Ona görə də, "Milli Şura" bir sıra xarici qüvvələrin əlində alətə çevrilsə də, onların istəkləri ürəklərində qalacaq və antimilli ünsürlər təxribat törədə bilməyəcək".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər