Parlament seçkiləri və digər əhəmiyyətli hadisələr ərəfəsində ölkədəki mövcud siyasi sabitliyi pozmaq istəyən anti-Azərbaycan dairələrin ikrah doğuran əməlləri yenidən ortadadır. Onlar hər zaman olduğu kimi, hazırda da milli xəyanətkarlarla əlaqəyə girərək çirkli pullar hesabına ölkədə çaşqınlıq yaratmağa cəhd edir, radikal müxalifət nümayəndələrinin yalan və böhtanla dolu məlumatları əsasında qərəzli hesabatlar hazırlayaraq ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə çalışırdılar. Bu gün də həmin xəyanətkarlar öz antimilli əməllərindən əl çəkmirlər. Ancaq reallıq həm də ondadır ki, həyata keçirilən məntiqli daxili və xarici siyasət satqınların xəyanətkar əməllərinin qarşısını alır. Hətta cəmiyyətdə araqarışdıran kimi tanınan radikal müxalifət təmsilçiləri ən əlaçaq addımlara əl atsalar da, onların təxribatları fiaskoya uğrayır və bu da təbiidir.
Lakin cəmiyyətə həm də multfilim təsiri bağışlayan radikal müxalifət özünü rüsvay etməkdə desəyən israrlıdır. Məsələn, mitinq keçirmək istəyən "Milli Şura" bunu sübuta yetirib. Onların bu cəhdləri də baş tutmadı. Bu arada "Milli Şura"nın hələ 2013-cü ildə keçirdiyi mitinqini xatırlamaq lap yerinə düşərdi. Çünki o ərəfələrdə də radikal müxalifətin keçirdiyi mitinq özləri tərəfindən "multfilm" səviyyəsində dəyərləndirilmişdi. Misal üçün, o zaman hələ ACP-yə liderlik edən Rəsul Quliyevin mitinqi izlədikdən sonra həmin partiyaya rəhbərlik edən sədri Sülhəddin Əkbərlə telefon danışığı da bunu təsdiqləyir. Rusiyadan tutmuş ölkəmizin müxtəlif internet saytlarında yayımlanan telefon danışığının audio-yazısında Rəsul Quliyev radikal müxalifətin keçirdiyi mitinqi ələ salıb. Səs yazısına gəlincə, danışıqdan bəlli olur ki, radikal müxalifətin 22 sentyabr mitinqini canlı izləyən (yada salaq ki, "Azadlıq" Radiosu mitinqi canlı yayımlayırdı) Rəsul Quliyev ABŞ-dan partiyasının sədri Sülhəddin Əkbərə zəng vuraraq təəssüratlarını bölüşür.
Xatırlamaq yerinə düşərdi...
- Salam, Sülhəddin.
- Salam, salam. Necəsiz?
- Yaxşıyam, sağ ol. Siz orda nə multfilm düzəltmisiniz ə, ayıb-ayıb? Sən öl, kefsiz e. Ə, multfilmdi e o, "nastoyaşşi". Sülhəddin, sən çox düzgün hərəkət eləmisən, gedib çıxmamısan o tribunaya.
Hətta ACP lideri Sülhəddin Əkbərlə danışıqda müxalifət liderləri, xüsusilə də "EL" hərəkatının rəhbəri, siyasi riyakar Eldar Namazov haqda təhqiramiz ifadələr də işlədib. Etika xatirinə həmin danışıqları yazmağı lüzum görmədim.
Daha sonra...
- Bunlar nətəhər (təhqir edir-R.) insanlardır. Bu İsgəndər Həmidov... nətəhər adamlardır ə, bu Əliynən İsanı mən başa düşə bilmirəm... Deməli, bu İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyirlər? Ə, o balaca stadionun 50 faizini doldura bilməmisiniz...
Beləliklə, biz bir daha şahidi oluruq ki, radikal müxalifət nümayəndələri yeni "multfilm" - mitinq ssenarisi üzərində işləyirlər. Bunu özlərinin himayəsində olan kütləvi informasiya vasitələrində gen-bol reklam edirlər. Yenə də 20 min iştirakçıdan dəm vururlar. Ancaq belə antimilli, qeyri-etik, milli mənafelərimizə zidd hərəkətlərə adət etmiş "Milli Şura" rəhbərləri növbəti mitinqə iştirakçı toplamaq üçün yenə də yalan, şirnikləndirici vədlər verir, dəridən-qabıqdan çıxırlar. Onlar üçün aksiyada qeyri - etik fikirlərin, dövlətçilik, ayrı-ayrı şəxslər əleyhinə şüarların səsləndirilməsi adi hala çevrilib. Çünki siyasi mübarizə aparmaq iqtidarında deyillər. 20 ildən artıqdır ki, müxalifətçilik edən insanların, partiya və hərəkatların nə proqramları var, nə də konsepsiyaları. Odur ki, xalq bunları küçə müxalifəti adlandırır. Ancaq bu müxalifət küçə müxalifəti ilə yanaşı, həm də multik-pultik müxalifətidir. Bu, daha doğru görünür məncə...
RÖVŞƏN