"Bu gün dünyada demək olar ki, hər şeyə ikili münasibət sərgilənir. Hətta, insanların amansızlıqla qətlə yetirilməsini soyqırım adlandırdığımız hadisələrə qarşı". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.Onun sözlərinə görə, burada bir sıra mələlər var: "Birinci soyqırım olduğunu kim iddia edir, hansı dinin nümayəndələridir, hansı inanc sahibidir, kimə qarşıdır və.s kimi məsələlər çox vacibdir. Ona görə də soyqırımına münasibət bütün bunlar müəyyənləşəndən sonra bildirilir. Yaxın tarixdə İkinci Dünya Müharibəsi dövründə yəhudilərə qarşı soyqırım baş verib. Bu bir faktdır. Amma ölkələrin tarixinə baxsaq görərik ki, ABŞ hindulara qarşı hansı qətliamlar törədib. Bundan başq Afrika xalqlarına qarşı kütləvi soyqırımlar baş verib. Bütün buna baxmayaraq onların törətdiyi bu hərəkət öz hüquqi qiymətini almayıb. Çünki, onlar güclüdürlər. Eyni zamanda dünyanın idarə edilməsində iştirak edirlər. Ermənilər də yanlış bir iddiadadırlar ki, guya Anadolu ərazisində ermənilərə qarşı təqib hadisələri baş verib. Bu iddialar yalan və heç bir tarixi gerçəkliyə söykənmir. Burada bir amil var ki, ermənilər xristiandır, iddiaları Türkiyəyə qarşıdır. Əsrin əvvəlində mart hadisələri zamanı azərbaycanlılara qarşı ermənilər tərəfindən kütləvi qırğınlar törədildi. Bundan başqa 1992-ci il 26 fevral Xocalı faciəsi dünyanın gözü qarşısında baş verdi. Yenə də sükut, səsizlik. Ona görə burada yuxarıda qeyd etdiyim faktorlar mühüm rol oynayır. Yəni, soyqırımı böyük dövlətlər törədibsə, onlara qarşı heç bir qərar qəbul edilməyəcək. İkinci, soyqırımlar müsəlmanlara, türklərə qarşı olubsa, yenə də səs çıxarmayacaqlar. Bunu Myanmarda, Xocalıda baş verənlərə münasibətdə aydın gördük".Ə. Nuriyev vurğulayıb ki, dünyada hər zaman ikili, üçlü, dördlü və.s sayda standartlar olub və bunun qarşısını almaq üçünsə böyük gücə çevrilmək lazımdır.
sia.az