PDF Oxu

Müxalifət

  • 19

Akif Nağı: “Vəziyyətlər arasında kəskin fərq var” AÇIQLAMA

Akif Nağı: “Vəziyyətlər arasında kəskin fərq var” AÇIQLAMA

"Bu gün Ermənistan elə bir dövlətdir ki, xaricdəki ermənilərin hesabına özlərində inam hiss edirlər". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qondarma erməni soyqırımı ərəfəsində Serj Sarkisyan rejimi ilə erməni diasporu arasında yaranan konfiliktə münasibət bildirərkən deyib.QAT sədrinin sözlərinə görə, xaricdəki ermənilərin hesabına işğalçı ölkəyə investisiya axını və dəstək nümayiş etdirilir: "Onlar həmdəmxəyal "Böyük Ermənistan" yaratmaq xülyasını bir yerdə həyata keçirirlər. Əgər Ermənistanın xaricdəki diaspora ilə əlaqələri zəifləyirsə, aralarında ziddiyətlər yaranırsa, rəsmi İrəvan hakimiyyətinə qarşı mənfi münasibət formalaşırsa təbii bütün bunlar onların aprelin 24-də keçirəcəkləri qondarma erməni soyqırımı tədbirinə mənfi təsir göstərəcək. Artıq aprelin 24-nə çox az bir müddət qalıb. Amma onlar nə Avropada, nə ABŞ-da, nə də ki Rusiyada istədiklərinə nail ola bilmirlər. Onların bir il əvvəl irəli sürdükləri iddialarla indiki vəziyyətləri arasında çox kəskin fərq var. Bu gün dünya siyasətində Türkiyənin və Azərbaycanın mövqeyi kifayət qədər güclənir. Bütövlükdə proseslər onu göstərir ki, ermənilərin bu qondarma soyqırımından yararlanmaq cəhdləri heç bir nəticə verməyəcək".

sia.az

Digər xəbərlər